Icma.az
close
up
RU
“Fənərbaxça” İstanbulda nokauta düşdü

“Fənərbaxça” İstanbulda nokauta düşdü

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Fənərbaxça” fanatlarının “Reyncers”lə qarşılaşmaya ümidlə baxmağa haqqı çatırdı. Hər halda, İstanbul nəhəngi Qlazqo nəhəngi ilə müqayisədə həm daha yaxşı formada idi, həm də heyətinin dəyərinə görə rəqibi qat-qat üstələyirdi. Amma bunlar yalnız kağız üzərində olan üstünlüklər idi. Meydanda isə tam əks bir mənzərənin şahidi olduq.

Fredin cəza üzündən oynamadığı qarşılaşma “Fənər” üçün uğursuz başladı. Artıq 7-ci dəqiqədə Şimanskinin öz cərimə meydançası həndəvərində texnika nümayiş etdirmək arzusuna düşməsi qolun buraxılması ilə nəticələndi. Dessers qapıçını da keçərək topu tora göndərdi. İlk baxışdan Çağlar vaxtında müdaxilə edərək topu uzaqlaşdırdı. Amma hakimin qolundakı cihaz işə düşdü. Təkrarda da topun xətti azacıq keçdiyi göründü. Çağlar çox keçmədən zədələnərək Ciku ilə əvəzləndi. Məhz qanalı müdafiəçi yarım saatın tamamında künc zərbəsi zamanı çətin vəziyyətdə olmasına baxmayaraq, bir toxunuşla topu tora göndərdi. Amma özünə bənzəməyən Joze Mourinyonun komandası qolun davamını gətirə bilmədi.
Hiss olunurdu ki, “Reyncers” oyuna çox yaxşı hazırlaşıb. Qonaqlar diqqətli şəkildə müdafiə olunaraq sürətli əks-hücum üçün hətta ən kiçik şansdan da istifadə etməyə çalışırdılar. Belə hücumlardan biri fasilə ərəfəsində reallaşdı. Gözəl qurulan hücumu Çernı dəqiq tamamladı. Amrabatla Şimanski bu oyunda meydanın mərkəzini sanki rəqibə təslim etdi. Mourinyo fasilədə 4-4-2-yə keçərək Yusuf Akçiçəyin yerinə Talişkanı meydana buraxdı. Amma “sambaçı” da komandanın oyununu canlandıra bilmədi. İkinci hissənin əvvəllərində “Reyncers” 5 dəqiqə aralığında iki qol vurdu. Amma hər iki qolda VAR-ın müdaxiləsi ilə ofsayd qeydə alındı. Hətta bu məqam da “sarı-lacivərdlilər”ə kömək etmədi.
Bəzən elə təəssürat yaranırdı ki, meydan sahibi “Fənər” yox, “Reyncers”di. Kortəbii hücumları davam etdirən və cinah asmalarından başqa ortaya heç nə qoymayan İstanbul nəhəngi oyunun sonlarına yaxın daha bir dəfə mərkəzə dəvət olundu. İldırım sürəti ilə qurulan daha bir əks-hücum zamanı Çernı dublunu rəsmiləşdirdi. Qəribə səslənsə də, “Fənər” əslində bu nəticəyə sevinməlidi. Çünki fərq daha böyük ola bilərdi. Bunu oyunsonrası mətbuat konfransında Mourinyo da etiraf etdi. Səfərdə iki topluq fərqi aradan qaldırmaq çox çətin məsələ kimi görünsə də, mümkünsüz deyil. Özü də nəzərə alaq ki, “Reyncers” evdə keçirdiyi son 3 rəsmi oyunda məğlub olub! “Fənərbaxça”ya da uduzacağı təqdirdə bu komanda 152 illik tarixi ərzində ilk dəfə evdə ardıcıl 4 rəsmi oyundan məğlubiyyətlə ayrılmış olacaq...
Avropa Liqası, 1/8 final, ilk oyun
Fənərbaxça – Reyncers (Şotlandiya) 1:3

Ciku, 30 – Dessers, 7. Çernı 42; 81.
Fənərbaxça: İrfan Can Eğribayat, Mərt Müldür (İrfan Can Kahveci, 79), Çağlar Söyüncü (Ciku, 16), Şkrinyar, Yusuf Akçiçək (Talişka, 46), Kostiç, Amrabat, Şimanski (Sen-Maksimen, 54), Tadiç, Ceko, Ən-Nəsiri.
Faktlar
* “Fənərbaxça” avrokuboklarda 285-ci oyunda 112-ci məğlubiyyətlə üzləşdi (112 qələbə, 61 heç-heçə, top fərqi - 389:407).
* “Fənərbaxça”nın 18 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı (13 qələbə, 5 heç-heçə). Son məğlubiyyət dekabrın 11-də AL-in əsas mərhələsində “Atletik”lə ev oyununda qeydə alınmışdı (0:2).
* “Fənərbaxça” AL-də qrupdan sonrakı mərhələlərdə, yəni pley-offda evdə keçirdiyi 12-ci oyunda ilk dəfə məğlub oldu (8 qələbə, 3 heç-heçə)!
* Ciku karyerasında ilk dəfə avrokuboklarda qol vurdu və karyerasında ilk dəfə sonradan meydana çıxdığı rəsmi oyunda fərqləndi.
* “Fənərbaxça” Şotlandiya təmsilçilərinə qarşı keçirdiyi 5-ci oyunda ilk dəfə məğlub oldu. İstanbul nəhəngi buna qədər 2-si “Reyncers”, 2-si “Seltik”ə qarşı olmaqla Şotlandiya klublarına qarşı keçirdiyi 4 oyundan 1 qələbə, 3 bərabərliklə ayrılmışdı.
* “Reyncers” Türkiyə klublarına qarşı keçirdiyi 10-cu oyunda 5-ci qələbəsini qazandı (3 heç-heçə, 2 məğlubiyyət).
Oyundan sonra
Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:

“Tam layiqli şəkildə uduzduq. Meydanın hər yerində bərbad təsir bağışladıq. Demək olar, bütün ikili mübarizələrdə məğlub olduq. Çoxlu səhvə yol verdik. “Reyncers” isə səhv etmədi. İrəlidə bəzi fürsətlər yaxalasaq da, yararlana bilmədik. Oyun qurmaq baxımından Fredin yoxluğunu hiss etdik. Müdafiədən hücuma sürətlə çıxa bilmədik. İrəlidə hərəkətli deyildik. Uzun sözün qısası, zəif performans sərgilədik və bu nəticəni qəbul etməliyik. Dessers yaxşı futbolçu olsa da, dünyanın ən güclü oyunçusu deyil. Amma bizim ikinci hissədəki performansımız onu məhz belə oyunçu kimi göstərdi. Bütün hava toplarını götürdü. Fanatlarımız da komanda kimi zəif nəzərə çarpdı. Bizə güclü dəstək verə bilmədilər. Bu gün mən də, fanatlar da, oyunçular da ümidləri doğrultmadıq. Amma “Reyncers” “Aybroks”da yaxşı dəstəklənəcək. Oranın atmosferini gözəl bilirəm. Bu gün üçün özümüzdən başqa heç kimi günahlandıra bilmərik. Əslində bu oyuna görə bu hesab yaxşıdı. Bundan da böyük fərqlə uduza bilərdik. Bəlkə də bir penaltimiz verilmədi. Amma bu cür zəif futboldan sonra hakimi günahlandırmaq düzgün deyil. 1:3 geridə olsaq da, cavab oyunu da var. Yeganə təsəllimiz qarşıda hələ daha bir 90 dəqiqənin olmasıdı. Cütün taleyi hələ müəyyənləşməyib. Rəqibə məsləhət görərdim ki, indidən növbəti mərhələyə yüksəlməyi qeyd etməsinlər”.


Barri Ferqyuson, “Reyncers”in baş məşqçisi:

“Yaxşı və istəkli oynadıq. Bir an olsun konsentrasiyanı itirmədik. Futbolçularımla qürur duyuram. Onlar bu mövsüm bir çox çətinlikdən keçərək buralara gəliblər. Amma diqqətli olmalı və cavab oyununa da ən yaxşı şəkildə hazırlaşmalıyıq. Çünki rəqibin başında dünyanın ən yaxşı məşqçilərindən biri dayanıb. Deməzdim ki, Mourinyoya qalib gəldim. Sadəcə, bu oyun üçün bizə uğur qazandıra biləcəyinə inandığımız bir taktika seçdik. Həmin taktikanı oyunçulara cəmi 1 saata anlada bildim. İstəklərimin hamısını yerinə yetirdilər və qürur duyulası performans sərgilədilər. Hətta iki qolumuzun sayılmamasına baxmayaraq, həvəsdən düşmədik və eyni oyunu davam etdirdik. Bu mövsüm “Aybroks”dakı oyunlarda bir neçə dəfə problem yaşamışıq. Bunu aradan qaldırmalıyıq. “Fənərbaxça” ilə bağlı fikirlərim dəyişməyib. Çox yaxşı, hətta bu turniri qazana biləcək səviyyədə bir komandadı. Çox səviyyəli futbolçulara malikdilər. Ona görə də cütün taleyinin həll olunduğunu desəm, axmaqlıq etmiş olaram”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Mart 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1380

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see670

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see522

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see510

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see497

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see477

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see451

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see433

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see426

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see414

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see398

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see396

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see357

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see345

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see337

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see337

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see322

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see310

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see307

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see269
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri