Fernando Mattos Kosta: Dünyada ərzağın 50 faizi Latın Amerikasında istehsal olunur
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Dünyada ərzağın 50 faizi Latın Amerikasında istehsal olunur".
Oxu.Az xəbər verir ki, bu sözləri Uruqvay kənd təsərrüfatı və heyvandarlıq naziri Fernando Mattos Kosta COP29 çərçivəsində "Fermerlər üçün ahəngdar iqlim üzrə Bakı Təşəbbüsünün işə salınması: İqlimə dözümlülük üçün fermerlərin gücləndirilməsi" adlı müzakirə sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Uruqvayda fərdlər ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığa cəlb olunublar:
"Burada qadınların rolu, ərzaq təhlükəsizliyinin təmin olunma yolları və s. müzakirə edilir. Həmçinin, dövlət qurumları, investisiyalar da buraya cəlb olunub. Alətlərin çox hissəsi zərərlərin azaldılmasına istiqamətlənib. Biz əməkdaşlıq yolu ilə ərzaq istehsalını gücləndiririk, lakin daha səmərəli inklüziv əməkdaşlıq, beynəlxalq əməkdaşlıq da önəmlidir".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 19 Noyabr 2024 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















