FHN lə BMMT arasında əməkdaşlıq müzakirə olunub
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Martın 11-də Cenevrədə səfərdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) baş katibi Ərgüc Kələntərli arasında görüş olub.
APA FHN-ə istinadən xəbər verir ki, təşkilatın qərargahında baş tutan görüşdə nümayəndə heyətinin rəhbəri - Nazirliyin Baş hərbi eksperti general-mayor Fərhad Səmədov və FHN-in digər məsul şəxsləri iştirak ediblər.
Görüşdə Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə BMMT arasında münasibətlərin daha da inkişaf etdirilməsi, xüsusilə mülki müdafiə, fəlakət risklərinin azaldılması, fövqəladə hallara hazırlıq, belə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olunub.
Müzakirələr zamanı, həmçinin fövqəladə hallara qarşı dayanıqlılığın artırılması üçün beynəlxalq və regional səyləri dəstəkləmək məqsədilə praktiki əməkdaşlığı genişləndirmək və koordinasiyanı gücləndirmək imkanlarına dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə təşkilatın humanitar mandatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin və birgə təşəbbüslərin təşviqinin vacibliyi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 Mart 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















