Icma.az
close
up
RU
Filip Kotlerin bu nəşrində “Aztelekom”dan bəhs olunacaq

Filip Kotlerin bu nəşrində “Aztelekom”dan bəhs olunacaq

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Aztelekom, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinginin (AZCON ) tərkibində fəaliyyət göstərən telekommunikasiya şirkəti, müasir marketinqin atası kimi tanınan hörmətli Dr. Filip Kotlerin təsis etdiyi Kotler Impact-in son təşəbbüsü - "Müasir Marketinqin Əsasları" (Essentials of Modern Marketing - EOMM) kitabının ilk Azərbaycan nəşrində təqdim olunacaq.

"Unikal" xəbər verir ki, kitabda şirkətin həyata keçirdiyi “Onlayn Azərbaycan” meqalayihəsinin icra prosesi və Azərbaycanın rəqəmsal transformasiyasında layihənin əhəmiyyəti barədə yazılacaq.

100-dən çox ölkəni əhatə edən bu qlobal layihə çərçivəsində hazırlanacaq kitab seriyası hər bir ölkəyə xüsusi yanaşma ilə tərtib olunaraq yerli biznes uğurlarını beynəlxalq marketinq prinsipləri ilə bir araya gətirir. Italiya, Braziliya, Polşa, Hindistan, Pakistan, Banqladeş, Gürçüstan, Türkiyə də daxil olmaqla 30-dan çox ölkə bazarları haqqında nəşr olunmuş kitablar geniş oxucu marağı ilə qarşılanıb. Azərbaycan üçün hazırlanan nəşr isə ölkənin uğurlu biznes təcrübələrinin beynəlxalq arenada tanıdılmasına töhfə verməklə yanaşı, yerli biznes mütəxəssislərinə də dünya təcrübəsindən faydalanmaq imkanı yaradacaq. Kotler Impact-in MDB regionu və Azərbaycandakı ekskluziv nümayəndəsi olan AWE Consulting bu təşəbbüsün ölkəmizdə reallaşmasında əsas rol oynayır. Kitab qlobal elektron kitabxanalarda və təhsil platformalarında təqdim ediləcək.

“Aztelekom”un bu kitabda yer alması ilə bağlı fikirlərini bölüşən şirkətin baş direktor vəzifəsini icra edən Həsən Ömərov bildirib:

“Kotler İmpact-in nəşrində “Onlayn Azərbaycan” layihəsinin yer alması bizim üçün böyük qürur mənbəyidir. Bu kompleks layihə ölkənin iqtisadi inkişafının sürətləndirilməsinə, rəqəmsal savadlılığın artırılmasına və Azərbaycanın investisiya cəlbediciliyinin güclənməsinə təkan verdi. Eyni zamanda bu miqyasda layihənin icrası “Aztelekom”un gündəlik işə yanaşmasında da fundamental dəyişikliklərə səbəb oldu. Dəqiq strateji hədəfləri, güclü komanda işi və ortaq məqsədə inam bu mürəkkəb layihənin uğurla həyata keçirilməsinə imkan yaratdı. Bu layihənin icrası zamanı şirkətimizin keçdiyi yolun “Müasir marketinqin əsasları” kitabında əks olunması bizim üçün həm böyük nailiyyətdir, həm də daha yüksək hədəflərə çatmaq üçün əlavə motivasiyadır”.

Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 May 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri