Icma.az
close
up
RU
Finala çıxdığımızı düşünmürəm Rəşad Sadıqov

Finala çıxdığımızı düşünmürəm Rəşad Sadıqov

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov

"Hər zaman kubokun ilk oyunlarında taktiki savaş gedir. Birinci hissədə bunun şahidi olduq. Rəqibin çoxsaylı standart vəziyyətləri var idi. Hamımız bilirik ki, "Turan Tovuz" standart vəziyyətlərdə ən təhlükəli komandalardan biridir. İkinci hissədə sürəti bir az artırdıq. Bizim üçün olduqca vacib olan qələbə qazandıq. Hələ birinci hissəni oynadıq. Bizi qarşıda vacib cavab oyunu gözləyir".

QOL.az xəbər verir ki, b sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, qələbəyə baxmayaraq, cütün taleyinin hələ həll olunmadığını deyib: "Qətiyyən yox. Rəqibin fərqlənmək üçün çoxlu silahları var. Hansı hesab qeydə alınsaydı da, eyni fikirdə olacaqdım. Tez bir zamanda çempionat oyununa köklənməliyik".

Mütəxəssis mövsüm ərzində futbolçularının aldığı zədələrin komandanın nəticələrinə təsirindən söz açıb: "Zədə və cəza baxımından ən çox problem yaşayan komandalardanıq. Bəzən də olur ki, tam heyətlə çıxıb nəticə əldə etmək olmur. Hamının formada olması bizə üstünlük verir". 

R.Sadıqov Anje Mutsinzinin start heyətində olmamasının səbəbini də açıqlayıb: "Uzun səfərdən gəlib. Sabah ona yüngül məşq verib sonra bir günlük istirahət verəcəyik".

Baş məşqçi öz gələcəyindən də danışıb: "Zirə"də xoşbəxtəm. Rəhbərliyimiz mənə hər zaman şərait yaradıb. Onlara təşəkkür edirəm. Yüksək liqada təcrübəm olmadığı halda mənə güvəndilər. Bütün məşqçilər daha böyük büdcə, yaxşı şərait istəyər. Amma büdcə hər şey deyil. Elə ola bilər ki, böyük büdcə ilə heç ilk 5-liyə düşə bilmərəm. Futbolun hər cür tərəfi var. Bu gün şükür edirəm ki, "Zirə"nin baş məşqçisiyəm. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

O, növbəti oyunlarda Leroy Mikelsi start heyətində oynatmağı düşündüyünü bildirib: "Mikels son vaxtlarda zədə aldı. Qış fasiləsindən sonra günü-gündən yaxşı formaya düşürdü. "Kəpəz"lə matça start heyətində başladı. Mikelsi oynatmaq istəyirəm. Qarşıdakı oyunlarda start heyətində başlamaq ehtimalı yüksəkdir. Sadəcə olaraq hücum xəttində rəqabət var".

Mütəxəssis sonda "Finalda rəqibin kim olmasını istəyərdiniz" sualına belə reaksiya verib: "Bu sualı cavablandırmaq istəmirəm. Hazırda cavab oyununda "Turan Tovuz"un qarşısını necə alacağımızı fikirləşirəm. Bu gün hesab 3:0 olsaydı da, mən rahatlaşmayacaqdım. "Turan Tovuz"un hücum potensialı fərqlidir. Rəqibi nəzərə alsaq, finala çıxdığımızı düşünmürəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://qol.az
archiveBu xəbər 03 Aprel 2026 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri