Icma.az
close
up
RU
Forbes : Azərbaycan şərabçılıqda keyfiyyət və unikallığa üstünlük verir

Forbes : Azərbaycan şərabçılıqda keyfiyyət və unikallığa üstünlük verir

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Dünyaca məşhur "Forbes" və "Decanter" jurnalları Azərbaycanda şərabçılıq fəaliyyətinin və mədəniyyətinin dirçəlişi və inkişafına həsr olunmuş məqalələr dərc ediblər.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, "Azərbaycan öz şərablarını fərqləndirməyə çalışır" ("Azerbaijan Angles To Distinguish Its Wines") adlı materialda ölkənin dünya şərabçılıq arenasında layiqli yer tutmaq üçün güclənən səyləri vurğulanır. Bu səylərdə əsas diqqət kəmiyyətə deyil, məhz keyfiyyətə yönəldilir.

Məqalənin müəllifi qeyd edib ki, ötən əsrin 80-ci illərinin ortalarından sonra Azərbaycanda şərabçılığa bir müddət maraq azalıb. Lakin SSRİ-nin dağılmasından bir neçə il sonra ölkə yeni enerji və ambisiyalarla bu sektorun inkişafına qayıdıb.

"Təxminən 2000-ci illərdən etibarən Azərbaycanda şərabçılıq fəal şəkildə dirçəlməyə başlayıb. Bu zaman əsas diqqət istehsal həcminə deyil, məhsulun keyfiyyətinə yönəldilib. 2017-ci ilə qədər hər il 2 000 hektara qədər yeni üzüm bağları salınıb, 2018-ci ildə isə peşəkar somelyelərin hazırlanması üçün Bakı Şərab Məktəbi təsis edilib", - "Forbes"in məqaləsində vurğulanıb.

Qeyd olunub ki, hazırda Azərbaycanda üç kateqoriya üzüm növlərinin birləşməsi yetişdirilir: beynəlxalq (qırmızı "Pinot Noir" və ağ "Viognier"), Azərbaycanın yerli sortları (qırmızı "Mədrəsə" və ağ "Bayan Şirə"), həmçinin Qafqazın ənənəvi sortları - məsələn, Gürcüstandan gələn qırmızı "Saperavi" və ağ "Rkatsiteli".

Məqalənin müəllifi şərabçılıq potensialı ilə tanınan regionlardan bəhs edərkən Bakı-Abşeron, Xəzər sahili, Şirvan və Qafqaz dağətəyi, həmçinin Gəncə-Qazax, Naxçıvan və Lənkəran-Astara zonalarını vurğulayır.

"Forbes" öz reportajında ölkənin iqliminə xüsusi diqqət yetirir, üzüm yetişdirmək üçün şəraiti İtaliyanın aparıcı şərabçılıq regionları - Siciliya və Toskana ilə müqayisə edir:

"Xəzər dənizi və Qafqaz dağları arasında yerləşən Azərbaycanda az yağışlı, isti Aralıq dənizi iqlimi mövcuddur. Torpaq tərkibi əhəngdaşı altında yerləşən mavi gildən ibarətdir, üzüm tənəkləri ildə təxminən 300 millimetr yağıntı alır. Bu, Toskanada yağan yağıntının üçdəbiri və ya Siciliya adasında yağan yağıntının yarısı qədərdir".

Azərbaycanda şərabçılıq sənətinin zənginliyini və xüsusiyyətlərini hərtərəfli öyrənmək üçün materialda yerli ekspertlərin və şərab istehsalçılarının fikirləri də təqdim edilib. Jurnalın həmsöhbətlərindən biri 15 ildir Azərbaycanda yaşayan toskanalı şərab istehsalçısı Marko Katelani olub.

"Biz (Katelani və onun tərəfdaşları) yerli Qafqaz növlərinə və Azərbaycan özünəməxsus xüsusiyyətlərinin tanıdılmasına diqqət yetiririk. "Mədrəsə" və "Bayan Şirə" vasitəsilə mən Azərbaycan üçün autentik materialı təşviq edirəm. İndi insanlar yerli növlərlə daha çox qürur duyurlar", - sahibkar "Forbes"a müsahibəsində bildirib.

Reportajda qeyd olunub ki, Azərbaycan təkcə şərab məhsullarının istehsalını artırmır, həm də ölkədə bu sahənin turizmini fəal şəkildə təşviq edir.

"Yerli və regional üzüm növləri unikal dad profilləri təqdim edir. Bu da şərab istehsalçısının kimliyini müəyyən etməyə kömək edə bilər. Onların unikal dadları, həmçinin Azərbaycanın zəngin mətbəxi ilə yaxşı uyğunlaşır", - materialda vurğulanıb.

Şərab haqqında ixtisaslaşmış jurnal olan "Decanter" isə yazıb ki, Azərbaycanda şərabçılıq, əsasən, Şirvanın mənzərəli, isti, yüksək dağlıq bölgələrində və Qafqaz dağətəyi, Gəncə-Qazax, məşhur Alazan vadisi, Qarabağ, Aran və Naxçıvan, həmçinin daha sərin Bakı-Abşeron bölgəsi və Xəzər dənizi sahillərində cəmləşib.

Jurnal qeyd edib ki, 1984-cü ildə Azərbaycanda üzüm bağlarının sahəsi 275 min hektardan çox idi, respublikada təxminən 180 şərabçılıq müəssisəsi fəaliyyət göstərirdi. Lakin ovaxtkı SSRİ rəhbəri Mixail Qorbaçovun siyasəti nəticəsində 1989-cu ilə qədər Azərbaycanda 130 min hektardan çox üzüm bağları məhv edilmişdi. Müstəqil Azərbaycanda bu sahənin bərpasına ölkə Prezidenti İlham Əliyevin 2018-ci ilin mayında şərabçılıq sənayesinin inkişafı üçün səkkizillik proqramı təsdiqləməsi təkan verib.

"Decanter" qeyd edib ki, ənənəvi olaraq Azərbaycanda istehsal olunan şərab əsasən Rusiyaya ixrac edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyun 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri