Forum çərçivəsində 10 milyard ABŞ dollarını aşan investisiya razılaşmaları imzalandı
Icma.az bildirir, Operativ MM portalına istinadən.
"İnvestisiya mühitimizin gücü və beynəlxalq etibarlılığımız bir daha 2025-ci ildə keçirilmiş Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) zamanı nümayiş olundu".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
"Prezident İlham Əliyevin himayəsi altında baş tutan bu mühüm tədbir, ölkəmizin iqtisadi şaxələndirmə və dayanıqlılıq hədəfləri ilə uyğun gələn iri layihələri təqdim etdi. Forum çərçivəsində 10 milyard ABŞ dollarını aşan investisiya razılaşmaları imzalandı və bu razılaşmalar bilik və texnologiya transferini gələcək üçün strateji əhəmiyyət daşıyan sahələrə istiqamətləndirdi.
Bu layihələr sırasında qabaqcıl ekoloji texnologiyaları birləşdirən, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçiriləcək öncül bir təşəbbüs Xəzər dənizində yerləşəcək duzsuzlaşdırma zavodu, eləcə də BƏƏ ilə birlikdə həyata keçirilməsi planlaşdırılan “Şəhər içində şəhər” adlı çoxmilyardlıq innovativ layihə xüsusi yer tutur.
Bu forum, Azərbaycanın investisiya potensialının, beynəlxalq əməkdaşlıq imkanlarının və gələcəyə yönəlmiş inkişaf modelinin bariz göstəricisi oldu", - o qeyd etdi.
Nərgiz Qurbanlı


