Füzuli istiqamətində ən ağır döyüşlər: Müharibənin bilinməyən həqiqətləri
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı 8 Noyabr - Zəfər Gününə həsr olunub.
Proqramda İkinci Qarabağ müharibəsində könüllü surətdə hərbi aşpaz kimi iştirak edən Mirxəlil Cəfərov döyüşlərdə ən ağır anlarını oktyabrın 27-də Füzuli istiqamətində yaşadığını deyib:
"Həmin gün orada ağır döyüşlər gedirdi. Elə əsgərlər var idi ki, onların üzünü bir dəfə gördüm. Orada çox oğullar itirdik. Müharibənin hər günü məni duyğulandırıb. Döyüşlər qıraqdan insana asan gələ bilər, ancaq içində olanda vəziyyətin tamam fərqli olduğunu anlayırsan".
Hərbi jurnalist Fərdin İsazadə isə informasiya cəbhəsindəki təcrübəsini bölüşərək müharibə dövründə yol verilən bəzi yanlışlıqlara toxunub:
"Döyüşlər zamanı hərbi texnikalarımızın hərəkətinin çəkilməsi, yaxud hər hansı bir yaşayış məntəqəsinin vaxtından əvvəl azad olunduğu barədə xəbərlərin yayılması doğru deyildi. Həmin dövrdə dezinformasiyalar da çox idi, lakin Azərbaycan jurnalistikası mövcud imkanlarla bu saxta məlumatları ifşa etməyi bacardı".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 08 Noyabr 2025 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















