G7 sammiti öncəsi Evian le Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Paris, 14 iyun, AZƏRTAC
İyunun 15-də Fransanın Evian-le-Bən şəhərində başlayacaq G7 sammiti öncəsi regionda təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, sammitin keçirildiyi günlərdə təxminən 16 min polis, jandarm, hərbçi, yanğınsöndürən və sərhəd mühafizəçisi səfərbər ediləcək.
Leman gölünün sahilində yerləşən Evian-le-Bən şəhərində onlarla polis motosikletçisi növbə çəkir. Şəhər sakinləri təhlükəsizlik tədbirlərinin görünməmiş miqyas aldığını bildirirlər. Sammitdə dünyanın yeddi aparıcı iqtisadi gücünün liderləri bir araya gələcək. Gündəmdə əsas mövzular Ukraynadakı vəziyyət və İran məsələsi olacaq.
Təhlükəsizliyin təmin edilməsi üçün zirehli texnika, pilotsuz uçuş aparatlarına qarşı radioelektron sistemlər, dalğıclar və helikopterlər də istifadə olunacaq. Şəhərin bir hissəsinə giriş yalnız xüsusi icazə və QR kod vasitəsilə mümkündür.
Fransa ilə sərhədin o tayında, İsveçrənin Cenevrə şəhərində isə G7 əleyhdarlarının etiraz aksiyaları gözlənilir. Təxminən 4 min hərbçi polis qüvvələrinə dəstək vermək üçün səfərbər olunub. Şəhərdə bir sıra mağaza və müəssisələr mümkün iğtişaşlara qarşı əlavə mühafizə tədbirləri görüb.
Etiraz aksiyalarında müxtəlif qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları və alterqlobalist hərəkatların iştirak edəcəyi gözlənilir. Onlar G7 ölkələrinin siyasətini tənqid edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 14 İyun 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















