Icma.az
close
up
RU
“Gecə 11də özünü yalandan yerə yıxıb ki, ölürəm” Bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ

“Gecə 11də özünü yalandan yerə yıxıb ki, ölürəm” Bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirmə ittihamı ilə mühakimə edilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsi yenə baş tutmayıb.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, prosesin baş tutmamasına səbəb təqsirləndirilən Aynur Bayramovanın hələ bilinməyən səbəbdən qəfil müalicə müəssisəsinə yerləşdirilməsidir.
Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılır. Bu, adıçəkilən hakimin baxdığı sonuncu işlərdəndir. Belə ki, o, bir neçə aya yaş həddi ilə bağlı təqaüdə göndəriləcək.
Hakim hesab edir ki, təqsirləndirilən şəxslər məhz bu səbəbdən məhkəməni uzadırlar.
Düşünürlər ki, süründürməçilik etsələr, onun da hakimliyi bitər, iş başqa hakimə keçər:
"Mən maraqlanmışam, Aynur dünən axşama kimi sağlam olub. Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm. Yadınızdadırsa, burada da özünü yerə yıxırdı. İndi düşünürlər ki, mən gedərəm, işi az təcrübəli hakimə verərlər, onlar da bundan istifadə edərlər. Ona çatdırın ki, Azad Məcidov bu işi bitirənə kimi harasa gedən deyil! Vəssalam!"
Xanım müttəhimin məhkəmədə iştirak etməməsi onun əməlindən əziyyət çəkən şəxsləri də əsəbiləşdirib. Zərərçəkmiş Tural Nəsmiyev deyib ki, Aynur xəstəlik bəhanəsi ilə ev dustaqlığına çıxmaq istəyir, buna görə də özünü müalicə müəssisəsinə saldırıb.
"Buna mən qərar verirəm, oturun yerinizə", - deyə hakim zərərçəkmişə səslənib. Proses yanvarın 8-nə kimi təxirə salınıb.
Qeyd edək ki, iki şirkətə rəhbərlik edən Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərini aldadıb, övladlarını xaricdə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pulu ələ keçirməkdə ittiham edilir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Dekabr 2024 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see329

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see248

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see210

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see210

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see182

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see143

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see142

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see140

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see138

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see136

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see130

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see128

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see127

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see126

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see126

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see125

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see124

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see123

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see120

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri