Icma.az
close
up
RU
Gəncədə mədəniyyətin və yaradıcı sənayenin inkişafı məsələləri müzakirə olundu

Gəncədə mədəniyyətin və yaradıcı sənayenin inkişafı məsələləri müzakirə olundu

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində “Mədəniyyət və yaradıcı sənayelərin dəstəklənməsi” mövzusunda geniş tərkibli görüş keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti və Regional Mədəniyyət İdarəsinin nümayəndələri ilə yanaşı, İqtisadiyyat Nazirliyinin Regional İdarəsi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi, Regional Məşğulluq Mərkəzi, Regional Turizm İdarəsi, AMEA-nın Gəncə Bölməsi və digər qurumların nümayəndələri iştirak ediblər.

Görüşdə, həmçinin, şəhərin yaradıcı potensialını təmsil edən sənətkarlar – rəssamlar, toxuculuq və kəlağayı ustaları, səbət toxuyanlar və digər peşəkar yaradıcı şəxslər də yer alıblar.

Çıxış edən natiqlər ölkədə mədəniyyət və yaradıcı sənayelərin inkişafına göstərilən diqqət və dövlət dəstəyi barədə ətraflı məlumat veriblər. Bildirilib ki, bu sahələrin inkişaf etdirilməsi məqsədilə müxtəlif təşəbbüslər həyata keçirilir, araşdırmalar aparılır, istehsalat bazası təkmilləşdirilir və sahəvi klasterlərin formalaşması istiqamətində addımlar atılır. Yaradıcı sənaye nümayəndələri ilə mütəmadi müzakirələr aparılır və bu sahədə maarifləndirmə tədbirlərinə xüsusi önəm verilir.

Tədbir zamanı sənətkarların da fikir və təklifləri dinlənilib, onların qarşılaşdığı çətinliklər və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu görüş Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” çərçivəsində hazırlanan Tədbirlər Planının 1.1.14.2-ci bəndinə uyğun olaraq həyata keçirilib. Sənədə əsasən, mədəniyyət və yaradıcı sənayelərin sənaye sahəsi kimi formalaşdırılması, bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi və sahəvi inkişafın stimullaşdırılması nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri