Gəncədə parkda təhlükəli mənzərə
Icma.az bildirir, News24 saytına əsaslanaraq.
Gəncə şəhərində son günlər əsən güclü külək nəticəsində Dəmiryolçular parkında bir ağac aşıb.
News24.az Gencexeber.az-a istinadən məlumatına görə, hadisə zamanı xəsarət alan olmasa da, ərazidə tez-tez uşaqların oynadığı nəzərə alınarsa, bu hal ciddi təhlükə mənbəyinə çevrilib. Çünki ağac əyilmiş vəziyyətdə parkda qalmaqdadır.
Sakinlərin sözlərinə görə, park uzun müddətdir ki, baxımsız vəziyyətdədir, təmir işləri aparılmır.
Yaşıllıqlara lazımi qulluq göstərilmir, qurumuş və zəifləmiş ağacların vaxtında budanması və ya yenilənməsi təmin olunmur.
Sakinlər aidiyyəti qurumlardan ərazidə təmizlik və abadlıq işlərinin aparılmasını, xüsusilə uşaqların istirahət etdiyi bu parkın daha ciddi nəzarətə götürülməsini tələb edirlər.
Baxış sayı:58
Bu xəbər 05 İyul 2025 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















