Icma.az
close
up
RU
Nikah və boşanmaların ən çox olduğu rayonlar (SİYAHI)

Nikah və boşanmaların ən çox olduğu rayonlar (SİYAHI)

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, Azərbaycanda qeydə alınan nikahların sayı boşanmaların sayını təxminən iki dəfə üstələyib.

Qaynarinfo-nun məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkə üzrə ümumilikdə 38 min 429 nikah və 19 min 388 boşanma qeydə alınıb.

Hər 1000 nəfərə düşən nikahların sayı 4,1, boşanmaların sayı isə 2,1 təşkil edib. Başqa sözlə, ölkə üzrə hər 100 nikaha təxminən 50,5 boşanma düşüb. Bu isə nikahların təxminən yarısı qədər boşanmanın qeydə alındığını göstərir.

Nikah və boşanma nisbətinə görə şəhər və rayonlar arasında ciddi fərqlər müşahidə olunur. Ən yüksək göstərici Xankəndi şəhərində qeydə alınıb. Burada hər 100 nikaha 300 boşanma düşüb. Xankəndidə hər 1000 nəfərə düşən nikahların sayı 0,9, boşanmaların sayı isə 2,7 olub. Beləliklə, boşanmaların sayı nikahların sayından üç dəfə çox olub.

Nikah və boşanma nisbətinin yüksək olduğu digər ərazilər Xocalı rayonu (89,7 faiz), Naftalan şəhəri (79,3 faiz), Nərimanov rayonu (72,7 faiz) və Xızı rayonudur (70,7 faiz).

Ən aşağı nikah-boşanma nisbəti isə Yardımlı rayonunda qeydə alınıb. Burada hər 100 nikaha cəmi 20,1 boşanma düşüb. Qobustan rayonunda bu göstərici 21,2 faiz, Cəlilabad rayonunda 25,8 faiz, Qəbələ rayonunda 29,7 faiz, Qazax rayonunda isə 30 faiz təşkil edib.

Hər 1000 nəfərə düşən nikahların sayına görə ən yüksək göstərici Xocavənd rayonunda qeydə alınıb. Burada göstərici 6,9 olub. Bu baxımdan Kəlbəcər rayonu 5,9, Xocalı rayonu isə 5,8 göstərici ilə seçilib. Ən aşağı nikah göstəricisi isə 2,3 ilə Abşeron rayonunda qeydə alınıb.

Boşanmaların hər 1000 nəfərə düşən sayına görə də Xocavənd rayonu ilk sıradadır. Bu rayonda göstərici 3,5 olub. Xankəndi şəhərində 2,7, Xocalı rayonunda isə 5,2 boşanma qeydə alınıb. Ən aşağı göstərici 0,9 olmaqla Yardımlı və Qobustan rayonlarında müşahidə edilib.

Nikahların mütləq sayına gəldikdə isə Bakı şəhəri 7 min 344 nikahla ilk sırada qərarlaşıb. Paytaxtda 4 min 358 boşanma qeydə alınıb. Xankəndidən sonra ən az nikah sayı isə Naftalan şəhərində (29 nikah), ən az boşanma sayı isə Ağdərə rayonunda (17 boşanma) qeydə alınıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Noyabr 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri