Icma.az
close
up
RU
Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar? İqtisadçı ekspert

Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar? İqtisadçı ekspert

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Regionlardan Bakıya gənclərin axınının azalması üçün əsas yanaşma regionları gənclər üçün daha cəlbedici və yaşamalı etməkdən keçir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyil. Ekspert təklif edib ki, bunun üçün əvvəlcə bölgələrdə sabit və gəlirli iş yerləri yaradılmalıdır:

"Gənclər əsasən iş imkanlarının məhdudluğuna görə paytaxta köçürlər, ona görə də sahibkarlara güzəştli kreditlər, vergi endirimləri və investisiya təşviqləri təqdim edilməli, sənaye məhəllələri, aqroparklar və logistika mərkəzləri daha çox bölgələrdə inşa olunmalıdır. Təhsil imkanlarının keyfiyyəti də gənclərin qərarına ciddi təsir edir. Regional universitetlərin və peşə məktəblərinin maddi-texniki bazası gücləndirilməli, rəqabətədavamlı ixtisaslar bölgələrdə açılmalı və müəllimlərin bölgələrdə işləməsi üçün əlavə stimullar verilməlidir. Təhsil nə qədər keyfiyyətli olarsa, gənclər paytaxta gedib oxumaq məcburiyyətində qalmaz”.

Akif Nəsirli əlavə edib ki, bölgələrdə sosial və mədəni mühitin zəifliyi də köçü artıran amillərdəndir:

"Ona görə idman zalları, kino və teatr məkanları, kitabxanalar, gənclər mərkəzləri və innovasiya məkanları artırılmalı, internet, nəqliyyat və kommunal xidmətlərin keyfiyyəti yaxşılaşdırılmalıdır. Sosial həyat zəngin olduqda gənclər öz yaşadığı şəhərdə qalmağa daha çox üstünlük verəcək. Gənclərin bölgələrdə qalması üçün maaşların rəqabətli olması və karyera imkanlarının genişlənməsi də önəmlidir. Əgər bölgələrdə yüksək ixtisas tələb edən işlər açılarsa və karyera artımı üçün şərait yaradılarsa, gənclərin Bakıya yerləşmək ehtiyacı azalacaq”.

 

Akif Nəsirli hesab edir ki, bəzi dövlət qurumlarının və iri müəssisələrin regionlara köçürülməsi həmin bölgələrdə iqtisadi canlanmaya səbəb ola bilər:

"Belə mexanizm bir çox ölkədə paytaxt üzrə yükü azaltmaq üçün istifadə olunur və özünü doğruldur. Yaşayış şəraitinin yaxşılaşdırılması, əlçatan mənzil proqramlarının genişləndirilməsi və gənclər üçün münasib yaşayış komplekslərinin tikilməsi də gənclərin bölgələrdə qalma motivasiyasını artıran vacib amillərdəndir”.

Akif Nəsirlinin fikirincə, problemin həlli təkcə köçü məhdudlaşdırmaqdan ibarət deyil:

"Əsas məqsəd regionlarda iş, təhsil, sosial həyat və inkişaf imkanlarını elə səviyyəyə çatdırmaqdır ki, gənclər üçün Bakıya köçmək bir zərurət deyil, yalnız seçim olsun. Regionların həyat keyfiyyəti yüksəldikcə gənclərin paytaxta axını da təbii şəkildə azalacaq”.

Milli Məclisin deputatı Naqif Həmzəyev gələn il üçün büdcə layihəsinin müzakirəsi zamanı regionlarda yaşayan gənclərin Bakı şəhərinə axınının qarşısının alınması üçün xüsusi tədbirlərin həyata keçirilməsinin vacib olduğunu bildirib: 

"Bəlkə kəndlərdən şəhərlərə köçü başa düşmək olar. Amma şəhərlərdən Bakıya köç bizi düşündürməlidir”.

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri