Icma.az
close
up
RU
Gəzinti yaşlanmanı ləngidirmi? AÇIQLANDI

Gəzinti yaşlanmanı ləngidirmi? AÇIQLANDI

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Gündə 10 min addım atmaq lazımdır" fikrinin elmi əsaslara söykənmədiyini bilmək vacibdir.

Moderator.az xəbər verir ki, bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov səsləndirib.

Onun sözlərinə görə, gündə 10 min addım rəqəmi əslində elmi araşdırmalardan deyil, onilliklər əvvəl Yaponiyada istehsal olunan addımsayan cihazın reklam kampaniyasından yaranıb.

Elm isə daha nikbin nəticələr ortaya qoyur: “Gündə təxminən 7000 addım atan insanlarda erkən ölüm riski 2000 addım atanlarla müqayisədə təxminən 47 faiz, yəni demək olar ki, iki dəfə azalır. Bununla yanaşı, bu səviyyədə fiziki aktivlik demans, depressiya və 2-ci tip diabet riskinin azalması ilə də əlaqələndirilir”.

Mütəxəssis-ekspert qeyd edib ki, digər genişmiqyaslı tədqiqatlar göstərir ki, sağlamlıq üçün fayda artıq gündə 4000 addımdan başlayır və hər əlavə 1000 addım erkən ölüm riskini orta hesabla 7–15 faiz azalda bilər. Yəni əsas məqsəd mütləq 10 min addıma çatmaq deyil.

Əsas məsələ oturaq həyat tərzindən uzaqlaşaraq gündəlik hərəkəti artırmaqdır: “Xüsusilə yaşlı insanlar üçün gündə 6000–8000 addım optimal hesab edilir. Addımları bir qədər sürətli templə atmaq isə əlavə fayda verir. Bundan başqa, yeməkdən sonra 10–15 dəqiqə piyada gəzmək qanda şəkərin yüksəlməsini əhəmiyyətli dərəcədə azaldır”.

Emin Məmmədov bildirib ki, 40 yaşdan sonra vitamin və mineral əlavələrini kor-koranə qəbul etmək düzgün yanaşma deyil: “Ən doğru yol əvvəlcə qan analizləri verməkdir. Orqanizmdə çatışmazlığı olmayan vitaminlərin qəbulunun faydası yoxdur, bəzi hallarda isə zərərli ola bilər. Yaş artdıqca isə həm bəzi maddələrin mənimsənilməsi zəifləyir, həm də orqanizmin onlara ehtiyacı dəyişir. Bu səbəbdən 40 yaşdan sonra xüsusilə D vitamininə diqqət yetirmək lazımdır. B12 vitamininin mənimsənilməsi yaş artdıqca mədə turşuluğunun azalması səbəbindən zəifləyir. Maqnezium və kalsium sümük sıxlığının qorunması, əzələ və sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. Omeqa-3 yağ turşuları isə ürək-damar sistemi və beyin sağlamlığına müsbət təsir göstərir”.

Lakin bir daha vurğulamaq istəyirəm ki, bu əlavələr 'hər ehtimala qarşı' deyil, yalnız analiz nəticələri və həkim tövsiyəsi əsasında qəbul edilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 İyul 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri