Icma.az
close
up
RU
Goranboyun illərdir davam edən SU PROBLEMİ Nə vaxt həllini tapacaq?

Goranboyun illərdir davam edən SU PROBLEMİ Nə vaxt həllini tapacaq?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Goranboy rayonunun Tatarlı kəndində illər əvvəl başlayan su problemi hələ də davam edir.
 

MÖVZU İLƏ BAĞLI:
Tatarlı kəndində SU QITLIĞI davam edir – 12 artezian quyusu inşa edilibsə, su niyə YOXDUR?


Bu barədə Tatarlı kənd sakinlərindən Bizim.Media-ya növbəti şikayət daxil olub.
Kənd sakinləri bir müddətdir ki, suvarma suyunun çatışmazlığından əziyyət çəkirlər. Su təminatının zəif olması nəticəsində əkin sahələrini suvarmaq da mümkün olmur. Onların sözlərinə görə, meyvə bağları və əkin sahələri çoxdan susuzluqdan quruyub.
Mövcud vəziyyət kənd əhalisinin əsas dolanışıq mənbəyinə ciddi zərbə vurub. Bir çox ailə mövsüm ərzində çəkdiyi zəhmətin bəhrəsini görə bilmədiyini, məhsul itkisi səbəbindən gəlirsiz qaldığını bildirir. Onların sözlərinə görə, su problemi hər il daha da dərinləşir və çıxış yolu tapılmadıqca kənd təsərrüfatının gələcəyi sual altına düşür.

Suvarma suyundakı çətinliklər bununla da bitmir. Sakinlər qeyd edirlər ki, son günlərdə kənddə içməli su da qıtlığa çevrilib. Ev təsərrüfatlarında gündəlik tələbatı ödəmək belə çətinləşib. İnsanlar içməli su tapmaq üçün uzaq məsafələr qət etməyə, bəzən isə suyu pulla almağa məcbur qalırlar.

Kənd əhalisi bildirir ki, yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilib, lakin indiyədək problemə real və davamlı həll yolu tapılmayıb. Sakinlər su məsələsinin həm kənd təsərrüfatı, həm də insanların normal yaşayışı üçün həyati əhəmiyyət daşıdığını vurğulayaraq, məsul qurumlardan təcili tədbirlər görülməsini istəyirlər.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Goranboy rayonu, Tatarlı kəndində sakinlər içməli və suvarma suyu ilə təmin olunurlar. Belə ki, kənd ərazisində 3 bulaq və 12 artezian quyusu mövcuddur:
“Əkin sahələri isə tərtib olunan cədvəl əsasında növbəlilik rejimlə suvarma suyu ilə təchiz edilir. Kənd ərazisində mövcud sahələr suvarma suyu ilə tam təmin olunsa da, içməli suyun təminatı mövcud mənbələr hesabına tam həyata keçirilə bilmir. Bu istiqamətdə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə yeni infrastukturun qurulması nəzərdə tutulur. ADSEA-nın sifarişi ilə ərazilər üzrə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində, həmçinin sözügedən kəndə də yeni içməli su şəbəkələrinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.
Regional Su Meliorasiya Xidmətindən Bizim.Media-ya verilən açıqlamada isə qeyd edilir ki, Tatarlı kəndində içməli su şəbəkəsi yoxdur və su yalnız bulaqlar vasitəsilə təmin edilir:
“Qaragoran çayında suvarma suyunun səviyyəsi aşağı olduğu üçün vətəndaşlar narazılıq edib. Ona görə də, hazırda suvarma suyu növbəli şəkildə vətəndaşlara verilir. Ola bilsin ki, bulaqlarda bir qəza olub. Bu problemin həlli üçün tədbirlər görülür. Bu gün bu məsələ, yəqin ki, öz həllini tapacaq”.
Fatimə Əliyeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Fevral 2026 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri