Icma.az
close
up
RU
Göyçayda ev yanıb AZƏRTAC

Göyçayda ev yanıb AZƏRTAC

Göyçay, 11 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC

Göyçayda yanğın qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, hadisə rayonun Qaraxıdır kəndində baş verib. İlkin məlumata görə, kənd sakini 28 yaşlı Tural Mahmudova məxsus evdə başlayan yanğın qısa müddətdə geniş ərazini əhatə edib. Ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə idarəsinin Göyçay rayon şöbəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Qısa müddətdə yanğın sönürülüb və ətraf ərazilər mühafizə olunub.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri