Güclü məşqçi ilə qarşılaşdıq Kaxaber Sxadadze
Icma.az, Qol.az saytına istinadən bildirir.
2026/27 mövsümü üçün Misli Premyer Liqasına vəsiqə qazanmaq uğrunda bu gün "Qəbələ" "Mingəçevir"ə 2:0 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra oyun barədə fikirlərini bölüşüb:
"Azarkeşləri bu qələbə münasibətilə təbrik edirəm. Bu qələbə vacib idi. Yaxşı oyun oynadığımıza və qalib gəldiyimizə görə çox şadam. Bu qədər şansımız olsa da, kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam. Bu oyunda çox çalışdıq. Güclü məşqçi ilə qarşılaşdıq - bu, onların üstünlüyü idi. Amma daha güclü idik və layiqincə qalib gəldik”.
Mütəxəssis daha sonra mətbuat nümayəndələrinin onun klubdakı gələcək taleyi ilə bağlı sualına qısa cavab verib:
- Bu, "Qəbələ"nin baş məşqçisi kimi son oyununuz idi?
- Hazırda müqaviləm var. Başqa suallarınız varsa, kluba ünvanlaya bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 28 May 2026 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















