Icma.az
close
up
RU
Gürcüstan Avropa: gərginlik artır...

Gürcüstan Avropa: gərginlik artır...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tbilisi Aİ-nin genişlənmə siyasətindən kənarda

Son vaxtlarda Avropa İttifaqı (Aİ) ilə Gürcüstan arasında kəskin ziddiyyətlər yaşandığı müşahidə edilir. Zamanında Aİ keçmiş sovet rejimindən çıxan bu ölkəni bir növ seçilmiş dövlət kimi fərqləndirirdi. Gürcüstanın Brüsseldən davamlı olaraq siyasi və maddi dəstək alması bunun əyani təsdiqi idi. Hətta ölkə vətəndaşları üçün Aİ məkanına vizasız gediş-gəlişə də icazə verilmişdi.

Hazıda isə bütün bunlar sanki bir  nağıla çevrilib və keçmişdə qalıb. Tərəflər arasında münasibətlərdə çatlar getdikcə dərinləşir. Müxtəlif məsələlərlə bağlı rəsmi Tbilisi Avropa İttifaqını, öz növbəsində Brüssel isə Gürcüstan hakimiyyətini ittihamlar yağışına tutur.

Gürcüstan Aİ-nin əsas prioritetinə daxil edilməyib

Uzun müddət ərzində Avropa İttifaqı-Gürcüstan dialoqunda bu ölkənin Aİ-yə üzvlüyə qəbul edilməsi məsələsi gündəliyin mərkəzində dayanıb.  Aİ öz qapılarını bu ölkənin üzünə açmağa hazır olan kimi görünürdü və rəsmi Tbilisi də bundan çox məmnun idi. Hər iki tərəfdən Avropa İttifaqına üzvlüyü şərtləndirən müəyyən prosedurlara da start verilmişdi və hansısa bir yol keçilmişdi.

Ancaq indi  Gürcüstanın ən azından yaxın perspektiv üçün Aİ-nin genişlənmə siyasətindən kənarda saxlanıldığının şahidi oluruq. Bu günlərdə  Avropa Komissiyası Avropa İttifaqına üzv olmaq istəyən ölkələrdə bu istiqamətdə vəziyyətin qiymətləndirildiyi Genişlənmə üzrə illik hesabatı (Enlargement Package 2025) dərc edib. Sənəddə genişlənmənin Avropa İttifaqının əsas prioriteti olaraq qaldığı və yeni üzvlərin daxil olmasının getdikcə daha real perspektivə çevrildiyi qeyd edilib.

Hesabatda Monteneqro və Albaniyanın əhəmiyyətli irəliləyişə nail olduğu qeyd edilir, hər iki ölkə islahatların tempini qoruyub saxlayır və üzvlük danışıqlarını 2026-2027-ci illərə qədər tamamlaya bilər.

Ukrayna və Moldova mürəkkəb xarici şəraitə baxmayaraq, qanunvericiliyin təhlili prosesini uğurla başa çatdırıb və danışıq klasterlərinin əksəriyyətinin açılması üçün şərtləri yerinə yetirib. Avropa Komissiyası qanunun aliliyi və demokratiya sahəsində islahatların davam etdirilməsi şərtilə, Moldovanın 2028-ci ilin əvvəlində, Ukraynanın isə həmin ilin sonunda üzvlük danışıqlarına başlaya biləcəyini gözləyir.

Eyni zamanda, Serbiya və Bosniya və Herseqovina irəliləyişləri ləngidən siyasi çətinliklərlə üzləşib.

Gürcüstan isə belə səmimi münasibətdən kənarda qalıb. Avropa Komissiyasının qiymətləndirmələrinə görə, Gürcüstan “demokratik geriləmə” nümayiş etdirir, bu da əslində onun inteqrasiya prosesini dayandırıb.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen vurğulayıb ki, genişlənmə “sülh, rifah və həmrəylik vədidir” və bu yolda uğur namizəd ölkələrin konkret islahatlarından və siyasi iradəsindən asılıdır. Aİ-nin üzv dövlətləri genişlənmə prosesində növbəti addımları müəyyənləşdirmək üçün komissiyanın tövsiyələrini nəzərdən keçirməlidir.

Sanksiyalara çağırış

Ötən  il Gürcüstanda baş tutan parlament və prezident seçkiləri ciddi ajiotajla müşayiət olundu. Hər iki seçkilər ərəfəsində birləşmiş müxalifət və ayrı-ayrı vətəndaş cəmiyyəti təsisatları seçkilərdə indiki hakim komandanın - “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qələbəsini etirazla qarşılayaraq günlərlə Rustaveli prospektində, parlament binasının önündə fasiləsiz aksiyalar keçirdilər. Gürcüstan hakimiyyətinin bildirdiyinə görə, bu aksiyaların sifarişi birbaşa Qərb dairələrindən gəlirdi.

Qonşu Gürcüstanda cari il oktyabrın 4-də isə  yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Seçkilərə 12 siyasi partiya qatılıb. Ötən il baş tutan parlament və prezident seçkilərində olduğu kimi, bu dəfə də  hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası qalib gəlib. Partiyanın rəhbərliyi seçkilərin nəticəsini xalqın hakim partiyaya olan etimadının göstəricisi kimi qiymətləndirib.

Lakin bu dəfə də seçkilər insidentsiz ötüşməyib. Belə ki, parlament və prezident seçkiləri ərəfəsində olduğu kimi, bələdiyyə seçkilərindən sonra da müxalifət təmsilçiləri Tbilisidə küçələrə çıxaraq elan olunan nəticələrə etirazlarını bildiriblər.

Etiraz aksiyalarının iştirakçıları hakimiyyəti ələ keçirmək məqsədilə meydanlara toplaşıblar. Bu dəfə də Tbilisi küçələrində müxalifətin “Maydan” uğursuzluğu təkrarlanıb. Gürcüstanın Daxili İşlər Nazirliyi 4 oktyabrda Tbilisidə keçirilən etiraz aksiyasının əsas təşkilatçılarının saxlanıldığını açıqlayıb. Daxili işlər nazirinin müavini Aleksandr Daraxtvelidze bildirib ki, saxlanılan şəxslər Gürcüstanın Konstitusiya quruluşunu zorla dəyişdirməyə və ya dövlət hakimiyyətini devirməyə çağırışlar etmək, qrup şəklində zorakılığın təşkili, rəhbərliyi və ona qoşulmaqda ittiham olunurlar. Onun sözlərinə görə, bu cinayətlərə görə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq materiallarına əsasən, saxlanılan şəxslər Azadlıq meydanında keçirilən mitinqdə zorakılıq çağırışları ediblər, bəzi iştirakçılar isə Prezident Sarayının mühafizə baryerlərini dağıdaraq binaya daxil olmağa cəhd göstəriblər.

Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, bu dəfə də Gürcüstanın hakimiyyətə qarşı birləşən müxalifəti ilə Qərb dairələri sinxron qaydada fəaliyyət göstəriblər. Yəni Tbilisi küçələrində prezident sarayını ələ keçirmək, hakimiyyəti devirmək məqsədilə keçirilən aksiyaların iştirakçıları  Avropa İttifaqının rəsmiləri, ayrı-ayrı Qərb dövlətlərinin səfirləri tərəfindən dəstəkləniblər.  Bələdiyyə seçkiləri açıq-aşkar hədəfə alınıb. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos oktyabrın 4-də Gürcüstanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı birgə bəyanat yayıblar. Sənəddə Gürcüstanda seçkilərin müxalifətin sıxışdırılması fonunda keçirildiyi bildirilib. Qeyd edilib ki, müxalifətin əhəmiyyətli hissəsinin boykotu səbəbindən seçkilər rəqabətli mühitdə keçirilməyib və seçici fəallığı nisbətən aşağı olub. “Biz seçkilərdən sonrakı dövrdə sakitliyə, təmkinliyə çağırırıq və hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə çağırırıq. Bütün siyasi qüvvələrin və vətəndaş cəmiyyətinin iştirakı ilə konstruktiv və əhatəli dialoq vacibdir və biz bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq”, - deyə bəyanatda bildirilib.

Son günlərdə isə Avropa İttifaqı Gürcüstanda seçkilər ərəfəsində birləşmiş müxalifətə  siyasi bəyanatlarla tərəfdar çıxmasını rəsmi Tbilisiyə qarşı sanksiyalara çağırışla dəstəkləyib. “Gürcüstanda dinc nümayişçilərlə zorakı davrananlara qarşı sanksiya tətbiq etməyə çalışırıq”. Bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

Jurnalistlərin “konkret addımlar gözlənilirmi?” sualını cavablandıran K. Kallas qeyd edib ki, məsələ hazırda bütün Aİ üzvlərinin dəstəyini qazanmayıb: “Biz Gürcüstanda dinc nümayişçilərə qarşı güc tətbiq edən yüksək rütbəli dövlət məmurlarına sanksiyalar həyata keçirməyə çalışırıq. Hazırda bütün üzv dövlətlərin dəstəyinə malik deyilik. Lakin bu problemlərin həlli üçün müxtəlif yollar axtarmağa davam edirik.

Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos isə bildirib ki, konkret qərar üzv dövlətlərdən asılıdır. “Ümid edirəm ki, noyabrda vizasız rejimin dayandırılması üçün yeni mexanizm əldə edəcəyik. Bu, əlavə addımlar atmağa imkan verəcək”, - deyə Aİ-nin genişlənmə üzrə komissarı bildirib.

Avropanı təmsil edən digər bir struktur - “Avronest” də rəsmi Tbilisiyə dil uzatmaqdan çəkinməyib. Belə ki, qurum Gürcüstanda baş verən proseslərə dair qətnamə qəbul edib və sənəddə ölkədə demokratiyanın geriləməsi qeyd olunub.

Rəsmi Tbilisinin Aİ-yə gecikməyən kəskin etirazı

Öz növbəsində rəsmi Tbilisinin Aİ-yə kəskin etirazı özünü çox gözlətməyib. Gürcüstan Xarici İşlər Nazirliyi Avropa İttifaqına üzvlük məsələsinin siyasi alət kimi istifadə edilməsini pisləyib. Nazirliyin açıqlamasında qeyd edilir ki, hesabatda Gürcüstanla bağlı bir sıra hadisələrə qərəzli qiymət verilməsi narahatlıq doğurur və Aİ-nin bəzi addımları ölkənin daxili siyasətinə təsir etmək məqsədi daşıyır.

Bəyanatda vurğulanır ki, 2025-ci il noyabrın 4-də yayımlanan Genişlənmə Hesabatı əsassız mənfi qiymətləndirmələr və gələcək siyasi spekulyasiyalar üçün istifadə oluna bilər. Nazirlik xüsusilə Aİ institutlarının 4 oktyabr 2025-ci il yerli seçkiləri zamanı Tbilisidə baş verən hadisələrə qarşı susqunluğunu və Assosiasiya Sazişi çərçivəsində dialoqun dayandırılmasını tənqid edib.

“Gürcüstan-Aİ münasibətlərinə xələl gətirən, Aİ-yə üzvlük məsələsindən siyasi alət kimi istifadə etməyə yönəlmiş bütün cəhdləri pisləyirik”, - deyə XİN bildirib.

Nazirlik əlavə edib ki, Gürcüstan Avropa İttifaqı ilə imzalanmış sazişlərə sadiqdir və ölkənin Avropaya inteqrasiya prosesində Avropa standartlarına yaxınlaşmasını təmin etmək üçün öhdəliklərini vicdanla yerinə yetirməyə davam edir.

Həmçinin “Avronest”in qətnaməsi də rəsmi Tbilisi tərfindən tənqid olunub.  Xarici işlər naziri Maka Boçorişvili qurumun qəbul etdiyi son qətnaməyə münasibət bildirərkən deyib ki, “Avronest” gürcü xalqına istiqamət göstərə bilməz.

Nazirin sözlərinə görə, “Avronest” platforması Şərq Tərəfdaşlığı çərçivəsində parlament əməkdaşlığını inkişaf etdirmək üçün yaradılıb və onun məqsədi ölkələrə siyasi istiqamət diktə etmək deyil. “Bizim seçilmiş hökumətimiz var və Gürcüstan xalqı özü qərar verir ki, ölkə hansı istiqamətdə inkişaf etməlidir. Heç bir qurum gürcü cəmiyyətinə demokratik dəyərləri necə tətbiq etməyi diktə edə bilməz”, - deyə   XİN rəhbəri bildirib.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Noyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see555

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see431

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see337

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see326

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see302

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see295

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see258

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see241

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see206

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see202

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see193

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see191

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see189

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see188

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see186

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see178

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see177

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see176

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see170

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri