Icma.az
close
up
RU
Gürcüstan Müdafiə Qüvvələrinin sayı 37 min hərbçidən çox olmayacaq

Gürcüstan Müdafiə Qüvvələrinin sayı 37 min hərbçidən çox olmayacaq

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Tbilisi, 27 oktyabr, AZƏRTAC

Gürcüstan hökumətinin qərarına əsasən, 2026-cı ildə Müdafiə Qüvvələrinin sayı 37 min hərbçidən çox olmamaqla müəyyən ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan müdafiə nazirinin müavini Qriqol Qiorqadze parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin iclasında bildirib. Onun sözlərinə görə, hər il dövlət büdcəsi layihəsi ilə paralel olaraq parlamentə Müdafiə Qüvvələrinin sayının təsdiqi ilə bağlı hökumət fərmanı təqdim olunur. Nazir müavini deyib ki, 2026-cı il üçün Müdafiə Qüvvələrinin sayı cari illə müqayisədə dəyişməz olaraq 37 min nəfərdən çox olmayan hərbi qulluqçu ilə müəyyən edilib.

İclasda parlament çoxluğu üzvlərinin qanunvericilik təşəbbüsü ilə hazırlanmış “Gürcüstanın Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə də baxılıb. Bildirilib ki, məcəlləyə ediləcək dəyişikliyə əsasən, ayrı-ayrı vergi ödəyiciləri haqqında müəyyən edilmiş məlumatları alan şəxslərin dairəsinə Müdafiə Nazirliyi də əlavə olunacaq. Müvafiq olaraq, icazə şərtlərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün nazirliyə həm vergi, həm də gömrük sirrini tələb etmək səlahiyyəti veriləcək.

Müdafiə və təhlükəsizlik komitəsinin üzvləri müzakirə olunan məsələlərin plenar iclasa çıxarılmasını dəstəkləyiblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri