Haaland müqaviləsinə Barselona ilə bağlı bu şərti qoydurub
Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.
"Mançester Siti" ilə yeni 7 illik müqavilə imzalayan Erlinq Haalandın klubla razılaşmasının bəzi detalları məlum olub.
Metbuat.az xəbər verir ki, bundan əvvəl futbolçunun müqaviləsində sərbəst qalma bəndinin olmadığı irəli sürülmüşdü. Məlumata görə, bu bənd 3 klub üçün keçərli deyil. “Marca” qəzetində dərc olunan xəbərə görə, Haalandın bundan əvvəlki müqaviləsində “Real Madrid” və PSJ ilə bənd yer almışdı. Bu klublar Haalandı transfer edəcəyi təqdirdə güzəşt olacaqdı. İddialara görə, yeni müqavilədə bu iki klubdan başqa “Barselona”nın da adı yer alıb. Bildirilir ki, bu üç klubdan biri onun üçün təklif irəli sürərsə, norveçli "Siti"ni tərk edə bilər. Transfer mütəxəssisi Fabrizio Romanonun sözlərinə görə, sərbəst qalma bəndi 2029-cu ildən qüvvədə olacaq.
Qeyd edək ki, Erlinq Haaland "Mançester Siti" ilə yeni müqavilə imzalayıb, müqaviləsini 2034-cü ilə qədər uzadıb.
Baxış sayı:158
Bu xəbər 30 Yanvar 2025 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















