Icma.az
close
up
RU
Hansı məhsulları ac qarına yemək olmaz?

Hansı məhsulları ac qarına yemək olmaz?

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səhər yeməyi düzgün olmalıdır. Buna səbəb odur ki, bəzi məhsullar mədə-bağırsaq traktına mənfi təsir göstərə bilirlər.

İnsanın əhvalı onun qidalanmasından bilavasitə asılı olduğuna görə, səhər ac qarına nə yeyəcəyiniz çox önəmlidir. Uzun müddət boş qalan mədəyə bəzi məhsulların düşməsi, həzm sisteminə pis təsir edir. Hətta bu məhsulların sistematik qəbulu, köpün əmələ gəlməsi, mədənin selikli qişasının pozulması, qastrit və digər pozulmalara səbəb ola bilir. Beləliklə sizə bu məhsulların siyahısını təqdim edirik:

- Soyuq içkilər.

7-8 saat yuxu ərzində xeyli maye buxarlandığına görə, orqanimz mayeyə ehtiyac duyur. Səhərlər su içmək lazımdır, çünki su içməklə, siz, mədə-bağırsaq traktını səhər yeməyi üçün hazırlamış olursunuz. . Lakin bu ev temperaturunda su olduqda belə olur. Soyuq su içdikdə isə mədənin selikli qışası qıcıqlanır. Bundan əlavə soyuq su, mədə  damarlarını daraldır, qan dövranı pisləşir, bu isə qidanın həzm prossesinə təsir göstərir.

- Un məmulatları.

Bu məhsulların tərkibində əsasən maya olduğundan, onun isə köp əmələ gətirdiyinə görə, səhərlər un məmulatlarının qəbulu məsləhət görülmür. Böyük ehtiyac duyulduğunda mayasız məhsulları istifadə edə bilərsiniz.

- Qəhvə.

Bir çoxlarımız üçün səhər məhz 1 fincan qəhvə ilə başlayır. Qəhvə sevərlərin nəzərinə çatdırırıq ki, tərkibində olan kofein, mədəyə düşdükdə selikli qişanı qıcıqlandırır, bunun nəticəsində isə mədə şirəsinin sekresiyası çoxalır. Ən əsası isə, qəhvədən başqa heç nə yemədikdə, ifraz olunan turşuluq(mədə şirəsi) mədə toxumasını yeyir, bu da qastritin yaranmasına səbəb olur.

- Şirni.

Səhərlər şirni yemək vərdişindən azad olmaq lazımdır. Bu sizi ciddi metobolizm pozğunluğu və şəkər xəstəliyində xilas edəcək. Səbəb odur ki, mədəyə böyük dozada şəkər düşdükdə, mədəaltı  vəz bu ağırlığa tab gətirmir və var gücü ilə işləməyə məcbur qalır. Çoxlu miqdarda insulin, qanda olan şəkərin səviyyəsini normallaşdırır, bundan sonra isə insan zəiflik və apatıiya hissi keçirir. Beləliklə uzun müddət ac qarına şirni yedikdə, siz, mədəaltı vəzin işini korlayırsınız. Bu isə onun əsas funksiyası olan insulinin normal səviyyədə hasilatına təsir edir.

- Sitrus meyvələr.

Portağal və qreypfrut  şirəsi sevənlərə məlsəhət görülür ki, səhərlər bu vərdişlərindən imtina etsinlər. Çünki ac qarına sitrus meyvələri yemək - qastritə aparan ən qısa yolu seçmək deməkdir. Sitrus meyvələrinin tərkibibində olan turşu, mədə divarını yeyir və qastritin yaranmasına təkan verir.

- Armud və xurma.

Bu məhsulların tərkibində kobud sellüloz var. O isə, mədə-bağırsaq traktına düşdükdə selikli qişanı zədələyir və onun işini ləngidir.

- Sarımsaq.

Tərkibində olan allisin maddəsi, mədə divarları və öd kisəsini qıcıqlandırır, bununla da onların aktivliyinə təsir edir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri