Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Hansı yaşda nə yemək lazımdır? ÖMÜRLÜK QİDALANMA

Hansı yaşda nə yemək lazımdır? ÖMÜRLÜK QİDALANMA

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yemək yemək  7-dən 70-ə qədər hər kəs üçün vacibdir. Körpəlikdən qocalana qədər insan orqanizminin ehtiyac duyduğu qidalar dəyişir. Təbii ki, hər kəsin metabolizması fərqlidir.

Mütəxəssislər yaş qruplarına görə, qidalanmanı ümümiləşdiriblər:

 0-2 yaş

Valideynlərə uşaqları altı aylıq olanda əlavə qida qəbuluna başlamaları tövsiyə olunur. Bunun səbəbi ana südündə kifayət qədər dəmir olmamasıdır. Buna görə də əlavə qidaya keçərkən yumurta istehlakı vacibdir. Amma qətiyyən, yumurta çiy yeyilməməlidir. Asan hazırlanan ispanaq və brokoli püresi də olduqca faydalıdır. Bu qidaların tərkibi dəmirlə zəngindir. Ümumiyyətlə bu yaş aralığında bacardıqca, körpələri fərqli qidalarla tanış etmək lazımdır. Balanslaşdırılmış şəkildə meyvə, tərəvəzə üstünlük verilməlidir.

2-8 yaş

Bu dövrdə sümüklərdə böyümə olur. Ona görə də uşaqların kalsiumla zəngin qidalar yeməsinə diqqət yetirmək lazımdır. Süd məhsulları da kalsiumla zəngindir.

Əlbəttə ki, bu yaş qrupunda da dəmir qəbulu vacibdir. Tərəvəz bütün yaş qruplarında mühüm rol oynayır. Kalsiumla zəngin digər alternativlər toxumlardır. Günəbaxan, çia, xaşxaş və küncüt istehlakı sağlam böyüməyə kömək edir.

Yeniyetmələr və gənclər

Bu dövrlərdə hormonlar aktiv olduğundan balanslaşdırılmış qidalanma çox vacibdir. Vitamin və zülalla zəngin qidalar ön planda olmalıdır. Meyvə və tərəvəzlər, yağsız ət və paxlalılar yüksək dəmir tərkibli məhsullarla tamamlanmalıdır. Bu, xüsusilə menstruasiya dövrünü ilk dəfə yaşayan qızlar üçün əhəmiyyətli rol oynayır. Yumurta, ispanaq və quru meyvələr də zəngin maqnezium mənbəyidir.

 20+ yaşlar

Həyatınızın bu mərhələsində siz güclü bir bədənə sahibsiniz və özünüzü bir az yenilməz hiss edə bilərsiniz. Ancaq bədəninizə nə daxil olduğu bu yaşda da çox önəmlidir. Bəzi həyat tərzi dəyişiklikləri 20-ci illərdə baş verir. Bu, spirt, kofein, stress və ya hər üçü ola bilər. Qidalanmanıza diqqət etməsəniz, B12 çatışmazlığı yaranmağa başlayacaq.

B vitaminləri ilə zəngin qidalara ət, balıq, süd məhsulları və yumurta kimi heyvan məhsulları daxildir. Əgər ət yeməsəniz, yeməyinizə B12 əlavə etmək üçün qida mayasından istifadə edə və ya yaşıl yarpaqlı tərəvəzlərə üstünlük verə bilərsiniz.

30+ yaşlar

Arpa, yulaf və qəhvəyi düyü kimi qidaların 30 yaşındakı insanlar üçün faydaları çoxdur. Bu yaş insan həyatında həlledici rol oynayır. Qidalanmaya diqqət edilməzsə, sonrakı illərdə xəstəliklər meydana gələ bilər. Xüsusən, bu yaşlarda hamilə qalmaq istəyən qadınlar diqqət etməlidirlər.

Kişilər də 30 yaşlarında qidalanmada B vitamini ilə zəngin qidalara üstünlük verməlidirlər. Bunun üçün bütün dənli bitkilər inanılmaz faydalıdır. Bədən çəkisinin normada saxlanması, mədə-bağırsaq sağlamlığı üçün yüksək lifli qidalar tövsiyə edilir.

40+ yaşlar

 Bu yaşlarda orqanizm yaşlanma prosesinə keçir, bunun görə də dərimizi və bədənimizi qorumaq üçün antioksidanlara ehtiyacımız var. Antioksidantlar bədəndə sərbəst radikallar adlanan qeyri-sabit atomları zərərsizləşdirməyə kömək edir. Stressin səbəb olduğu zədələrin bərpasında da faydalıdır. Antioksidanlar parlaq rəngli meyvə və tərəvəzlərdə çoxdur. Dərman şəklində qəbul etmək və yaxud dərinizə sürtməkdənsə, qida olaraq istehlak etmək daha sürətli nəticə verir.

Avtofagiya ideyasına görə, bədəninizi uzun müddət qida maddələrindən məhrum etsəniz, vücudunuz alternativ enerji mənbələri tapmalı olacaq. Beləliklə, zədələnmiş hüceyrələr enerji üçün yandırılmalıdır. Buna görə bu yaşda aralıq oruc tutmaq metabolik sağlamlıq üçün faydalıdır.

50+ yaşlar

Bu yaşlarda diyabet və ürək xəstəliklərinin qarşısının alınması ilə yanaşı, normal çəkiyə də diqqət etmək vacibdir. Yediyimiz qidalarda müxtəlif növ yağlar var və doymuş yağlar yüksək xolesterol ilə əlaqələndirilir. Çoxlu heyvan qidaları; kərə yağı, ət və ya pendir kimi. Bu yaşlarda yaxşı olar ki, bu yağladan imtina edəsiniz. Əvəzində isə bitki mənşəli yağlara, xüsusən də zeytun yağına üstünlük vermək lazımdır.

60+ yaşlar

Protein insanların daha uzun müddət toxluq hiss etməsi üçün mühümdür. Zülalların 65 yaşdan yuxarı insanlar üçün əzələ sarkopeniyası ilə mübarizədə də faydalı olduğu sübut edilib. Müəyyən yaşdan sonra daha az karbohidrat və daha çox protein istehlak etmək tövsiyə olunur.

70+ yaşlar

Bu yaşda insanların yemək vərdişləri dəyişir, iştah azalır. Az qidalanma zamanı qidaların vitamin dəyərinə xüsusi fikir vermək lazımdır. Bu yaşlarda insanlar hərəkət etməkdə çətinlik çəkə bilərlər, buna görə də vitaminləri nizamlı şəkildə qəbul etmək lazımdır.  70 yaşdan sonra çoxlu meyvə, tərəvəz, omeqa-3 və kalsium olduqca vacibdir. Gündə ən azı 2 dəfə tərəvəz yemək məsləhətdir. Məsələn, noxud həm protein, həm də tərəvəz ehtiva edir. Kartof isə həm karbohidrat, həm də tərəvəzdir. Bu səbəbdən fərqli xüsusiyyətlərə malik meyvə və tərəvəzləri bol-bol istehlak etməliyik. Omeqa-3 istehlakı da ürəyinizi sağlam saxlamağa kömək edir.

60 yaşa qədər sümüklərimizdəki kalsiumun çoxu yox olacaq. Buna görə də kalsiymun osteoporozun qarşısının alınmasında böyük rolu var.

Sevinc Hüseynova

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see955

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see411

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see365

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see350

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see280

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see261

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see225

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see218

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see213

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see211

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see206

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see190

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see173

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see161

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri