Icma.az
close
up
RU
“Həmin ərəfədə metroda hərəkətin təşkili ilə bağlı kifayət qədər çətinliklər ola bilər”

“Həmin ərəfədə metroda hərəkətin təşkili ilə bağlı kifayət qədər çətinliklər ola bilər”

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Hazırda Bakı Metropolitenində xüsusi əhəmiyyət kəsb edən böyük bir layihənin icrasına start verilib. Layihənin əsas mahiyyəti xətlərin ayrılmasından ibarətdir. Belə ki, bundan sonra yaşıl və qırmızı xətlərin ayrılması prosesinin icrası həyata keçiriləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin baş mühəndisi Namiq Yusubov bildirib.

Onun sözlərinə görə, ilkin olaraq xətləri ayırmaq üçün hər bir xəttin - yaşıl və qırmızı xətlərin müstəqil şəkildə fəaliyyət göstərən deposu olmalıdır: “Bununla bağlı layihənin icrasına mərhələli şəkildə başlanılıb. İlkin olaraq Dərnəgül deposunun tikintisindən start verildi. Bununla əlaqədar olaraq, ümumilikdə 25 qanovdan hazırda 12 qanov istismara verilmişdi ki, burada yaşıl xətt üzrə hərəkət edəcək qatarların texniki baxışı, gündəlik istismarının təşkil olunması üçün şərait yaradılsın.

2 kilometrə yaxın məsafədə Dərnəgül deposuna gedən yollar inşa olunub. Müəyyən mühəndis-texniki qurğuların inşasına başlanılıb. Qanovlarda işçilər üçün şərait yaradılıb ki, məhz təmir işlərinin həyata keçirilməsi icra olunsun. Dərnəgül deposu artıq ikinci mərhələdə olsa da, istismarına başlanıldığından, bununla əlaqədar olaraq işçi heyətinin də ayrılması həyata keçirilmişdi.

Qırmızı xətt üzrə hərəkətin təşkili Həzi Aslanov stansiyasından İçərişəhər stansiyasına qədər təşkil olunacaq”.

N. Yusubov əlavə edib ki, yaşıl xətt üzrə isə Dərnəgül stansiyasından Nizami stansiyasına qədər hərəkət təşkil olunacaq: “Ümumilikdə xətlərin ayrılması işlərinin tam olaraq yekunlaşdırılması 11 ay yaxın müddətdə planlaşdırılmışdı ki, bu müddət ərzində birləşdirmə tunelinin inşasından sonra Metropolitendə artıq yaşıl və qırmızı xətlər müstəqil şəkildə fəaliyyətini davam etdirəcək.
Bununla da əlaqədar olaraq artıq hərəkətin çevikliyi, dayaqlılığın təmin olunması, intervalların üzərində kifayət qədər təkmil həllərin təmin olunması işlərinə başlanılacaq. Bu müddət ərzində sərnişinlərimizdən maksimum anlayışlı olmağı xahiş edirik. Çünki həmin ərəfədə hərəkətin təşkili ilə bağlı kifayət qədər çətinliklər ola bilər”.

Gülnar Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Avqust 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see368

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see345

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see333

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see291

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see277

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see255

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see247

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see243

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see243

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see239

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see230

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see228

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see222

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see214

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see214

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see213

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see195

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see194

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see192

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri