Icma.az
close
up
RU
Həmişə isti suda yuyulmalı olan şeylər: Ekspertlər 6 əsas əşyanı açıqladı

Həmişə isti suda yuyulmalı olan şeylər: Ekspertlər 6 əsas əşyanı açıqladı

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlumdur ki, isti su xoşagəlməz qoxuya səbəb olan mikrobları aradan qaldırmağa kömək edir. Buna görə də ekspertlər hansı əşyaların daha effektiv təmizlənməsi üçün mütləq isti suda yuyulmalı olduğunu açıqlayıb. 
Demokrat.az
xəbər verir ki, bu barədə “Real Simple” yazıb.
Ağ dəsmallar
Dəsmallar evdəki bir çox digər əşyadan daha çox rütubət, dəri yağı və bakteriya toplayır.
“İsti su mikrobları və xoşagəlməz qoxuya səbəb olan bakteriyaları aradan qaldırmağa kömək edir, çöküntünü təmizləyir və hopdurma qabiliyyətini bərpa edir. Dəsmallar təmiz görünə bilər, amma çox vaxt içində qalıq və bakteriya saxlayır, bu da zamanla kəskin qoxuya və funksionallığın azalmasına səbəb olur”, deyə “Lindry Lab” şirkətinin təsisçisi və tekstil lifləri üzrə mütəxəssis Linsi Boyd bildirib.
Xəstəlikdən sonra olan əşyalar
Əgər siz və ya ailə üzvləriniz xəstə olubsa, yataq dəsti, dəsmallar və pijamaların isti suda yuyulması tövsiyə olunur.
“Yüksək temperatur bakteriya, virus və parazitlərin strukturunu pozaraq onları məhv edir. İstilik onların zülal və fermentlərini dağıdır, hüceyrə membranlarını sıradan çıxarır və DNT-sini deaktiv edir”, deyə “Dirty Labs” şirkətinin həmtəsisçisi və baş elmi işçisi Pit He qeyd edib.
Ev heyvanları üçün yumşaq yataqlar və oyuncaqlar
Ev heyvanlarına aid yorğanlar, oyuncaqlar və yataq dəstləri də isti suda yuyulmalıdır. Pit He-nin sözlərinə görə, bu əşyalar tük, yağ və dəri qalıqları ilə daha çox çirklənir və dərin təmizlənməyə ehtiyac duyur.
Mütəxəssislər bu əşyaların ən azı ayda bir dəfə, ideal halda isə iki həftədən bir yuyulmasını tövsiyə edir. Bu həm də zərərvericilərin qarşısını almağa kömək edir.
Təmizlik üçün istifadə olunan salfet və bezlər
Təmizlik üçün istifadə edilən bezlər və salfetlər ən çox çirklənən əşyalardandır, çünki yağ, qida qalıqları və bakteriya toplayır.
“İsti su yağları parçalamaq və düzgün dezinfeksiya üçün əsas rol oynayır. Əks halda, bu bezlər tam təmizlənmir və bakteriyaları yaymaq riski yaradır. Mümkünsə, onları digər geyimlərdən ayrı yuyun”, deyə Boyd bildirib.
Zərərvericilərə yoluxmuş əşyalar
Kif, toz gənələri və ya həşəratlarla çirklənmiş əşyaların isti suda yuyulması vacib hesab olunur.
“Buxar və ya isti su ilə yuma dərin təmizləmə və dezinfeksiya üçün tövsiyə olunur”, deyə Pit He qeyd edib.
Bu halda uyğun yuyucu vasitələrdən istifadə edilməli və lazım gələrsə, yuma prosesi bir neçə dəfə təkrarlanmalıdır.
Yataq dəsti
Hər gecə yataq dəsti tər, dəri hüceyrələri və yağ toplayır.
“Zamanla bu yığıntılar parçaların solğunlaşmasına və xoşagəlməz qoxulara səbəb ola bilər. İsti su yağları daha effektiv parçalayır və toz gənələri kimi allergenləri azaldır”, deyə Linsi Boyd bildirib.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 İyun 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri