Icma.az
close
up
RU
Həmişə üç xal qazanmaq istəyirik, lakin bunu etmək həmişə mümkün olmur MÜSAHİBƏ

Həmişə üç xal qazanmaq istəyirik, lakin bunu etmək həmişə mümkün olmur MÜSAHİBƏ

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Şamaxı"nın qapıçısı Rikardo Fernandes Sportal.az saytına müsahibə verib.

- "Şamaxı" "Sumqayıt"la matçda bir xal qazandı. Bu görüş haqda fikrin necədir? Qələbə qazana bilərdiniz, yoxsa bu görüşdə bir xal sizin üçün yaxşıdır?

Biz həmişə 3 xal qazanmaq istəyirik. Lakin bunu etmək həmişə mümkün olmur. Mövsümə çox yaxşı başlayan komandaya qarşı səfərdə oynayırdıq. Xarakter nümayiş etdirə bildik. Bu da bizə bir xal qazandırdı. 

- "Sumqayıt" 2 turdan sonra liqanın lideri idi. Onlara qarşı oynamaq çətin idi? Yəni, hiss etdiniz ki, liderə qarşı oynayırsınız?

Bəli, “Sumqayıt” inamlı komandadır. Amma biz bütün rəqiblərlə olduğu kimi, "Sumqayıt"la qarşılaşdıq. Rəqibimizin lider və ya sonuncu yerdə olmasına fikir vermirik. Biz hamıya bərabər hörmət edirik və hamıya qarşı rəqabətli olmaq istəyirik.

- "Şamaxı" bu mövsüm cəmi 2 xal qazana bilib, qələbə qazanmamısınız. "Şamaxı"nın bu mövsümkü çıxışını necə dəyərləndirirsən? Səncə, "Şamaxı" bu mövsüm daha güclüdür?

Biz ilk qələbəmizi qazanmağa çalışırıq. Buna nail olmaq üçün çox çalışmışıq. Heç kim futbolçularımızın peşəkarlığına və özünü meydanda sona qədər güc sərf etməsinə heç nə deyə bilməz. Böyük komandalara qarşı oynadığımızı bilirik və bütün oyunlarda ən yaxşısını etməyə çalışırıq. 

- Azərbaycan Premyer Liqasında komandaların sayı artdı, 12 oldu. Legioner limiti ləğv edildi. Bütün bunlardan sonra Premyer Liqanın səviyyəsində dəyişiklik hiss edirsən?

Bəli, bu, daha rəqabətli, daha keyfiyyətli səviyyəli çempionat olacaq. Daha çox işləyən və daha dözümlü olanlar uğur qazanacaqlar. Bunun əsası, işimiz, rəqabətli və peşəkarlığımız olmalıdır.

- Qarşıda iki həftəlik fasilə olacaq. Bunun komanda üçün müsbət tərəfi daha çoxdur?

Biz bunun müsbət və ya mənfi olduğuna baxmırıq. Bu, futbolda daim baş verən və öyrəşdiyimiz bir şeydir. Bəzi aspektlər üzərində işləmək və təkmilləşdirmək vacibdir.

- Yeri gəlmişkən, növbəti turdakı rəqibiniz “Karvan-Yevlax”dır. Onlar mövsümə pis başlamayıb. Bu rəqibi necə dəyərləndirirsən?

Çempionat hələ başlanğıcdadır. Hələ oynamağa çox şey var, çox şey olacaq. Bütün rəqiblər güclüdür, hamı qalib gəlmək istəyir. Hazır olmalıyıq.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://sportal.az
archiveBu xəbər 31 Avqust 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri