Icma.az
close
up
RU
Həmyerlisinə dəstək olan ArazNaxçıvanın qolkiperi: Hamımız Denisə görə narahat idik MÜSAHİBƏ

Həmyerlisinə dəstək olan ArazNaxçıvanın qolkiperi: Hamımız Denisə görə narahat idik MÜSAHİBƏ

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Araz-Naxçıvan"ın qolkiperi Kristian Avram Sportal.az saytına müsahibə verib.

- Matçdan öncə kollektivlə birlikdə foto çəkdirdin və "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçinin formasını əlində tutmuşdun. Həmyerlinə dəstək nümayiş etdirdin...

- Bəli, Denis Marandiçinin formasını oyundan əvvəl göstərdim. Ona dəstək olmaq istədim. Əsas odur ki, Denis bizimlə meydanda olsun. Tez bir zamanda sağalsın və meydanlara çıxsın. Denis yaxşı oğlandır. Üstəlik, biz eyni ölkədənik. Əminəm ki, onda hər şey yaxşı alınacaq və hər şey qaydasına düşəcək. 

- Denislə danışmısan, onu ziyarət etmisən?

Bəli, bəli. Onun əməliyyat edildiyi klinikaya da getmişdim. Daim ünsiyyətdəyik, danışırıq. Əvvəllər də daim onunla görüşürdük. Onunla yaxşı münasibətimiz var. Başına belə hadisə gələndən ilk dəqiqədən onunla ünsiyyətə keçdim. Əsas odur ki, o, tez bir zamanda düzgün və tez bərpa olunsun.

- Yəqin ki, Denisin zədələnməsi Moldova millisi üçün də böyük itkidir? Millinin məşqçilər korpusu ilə bu haqda danışmışdız?

Bəli, həkimlə də ünsiyyətdəydim. Məsələnin nə dərəcədə ciddi olduğunu başa düşürdüm. Allah qoysa, millinin oyunlarına qədər Denis bərpa olunar və forma yığmağa başlayar. Vacib oyunlar qarşıdır. İndi əsas odur ki, tələsmədən, düzgün bərpa olunsun. Psixoloji cəhətdən Denis güclü oğlandır. Onu hər zaman dəstəkləyirik. Bütün komanda ona görə narahat idi. Denisin yanına getmişdim. 

- Epizodu görə bilmişdin?

Dərhal baxmamışdım. Amma sonradan fotoları gördüm. Denis mənim yaxın dostumdur. Bu epizodlara baxmaq asan deyil.

- "Araz-Naxçıvan"ın çıxışından danışsaq...Komanda məğlubedilməzdir....

Məğlubedilməz komanda olmur. Şadıq ki, qalib gəldik. Bütün futbolçular meydanda sona qədər mübarizə apardı, yaxşı oynadıq, qələbə qazandıq. Yolumuza davam edirik. Məşq etməyə, məşqçilərimizi dinləməyə davam edəcəyik. Bizim çox təcrübəli məşqçilər korpusumuz var. Ona görə də, onları doğru dinləməyimiz çox vacibdir. Onlar bizi dəstəkləyir. Əsas odur ki, meydana çıxanda qalib gələk. Öz məqsədimiz var və bu yolu tutub, yalnız irəliləyirik.

- Çempionatda 50-ci oyununa çıxdın və mini yubiley oldu...

İstənilən yubiley yubileydir. Xoşdur. Düzü, heç statistikanı bilmirdim. Yaxşı ki, sizin kimi yaxşı insanlar var və bu statistikanı bilir, bildirir. Təşəkkür edirəm. Ümidvaram ki, klub necə lazımdırsa, təbrik edəcək(gülür). Mən və komandam dayanmaq istəmirik. İrəliləyə getməliyik.

- Bu mövsüm yeganə olaraq, “Qarabağ”a qarşı oynamamışdın. İlin son oyunu isə onlara qarşıdır...

“Qarabağ”la oyuna qədər hələ zaman var. Doğru bərpa olunmaq lazımdır. Qarşıda “Sabah”la oyunumuz var. Həmin oyun haqda düşünəcəyik. Biz “Səbail”lə oyundan sonra artıq bunu edirik. Növbəti oyuna hazırlaşacağıq.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sportal.az
archiveBu xəbər 08 Dekabr 2024 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri