Hər bir xoşagəlməz insident iki ölkə arasında münasibətlərin inkişafını illərlə dayandıra bilər ŞƏRH
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 1 iyul, AZƏRTAC
Rusiya və Azərbaycan eyni coğrafi məkanda yerləşir və qonşudurlar. Ölkələrimizi möhkəm bağlar birləşdirir. Təbii ki, iqtisadi əməkdaşlıq bütün digər sahələrdə əlaqələr üçün fundamental əsas rolunu oynayır. Burada qarşılıqlı asılılıq var: bir sahədə münasibətlərin yaxşılaşdırılması digərlərinə müsbət təsir edir və ya əksinə, yaranan gərginlik onları pisləşdirir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat kafedrasının dosenti Emin Qəribli Yekaterinburq hadisələrini və onların iki ölkə arasında iqtisadi əlaqələrə potensial təsirlərini şərh edərkən deyib.
Ekspert hesab edir ki, diplomatik sahədə münasibətlər pisləşərsə, bu, iqtisadi əlaqələrə mənfi təsir göstərə bilər. “İndiki gərginlik şəraitində müəyyən problemlər yaranıb. Amma düşünürəm ki, onlar yaxın vaxtlarda öz həllini tapacaq”, -deyən agentliyin həmsöhbəti qeyd edib ki, Rusiya tərəfində həmişə müəyyən bürokratik əngəllər yaradılıb, lakin zaman keçdikcə onlar aradan qaldırılıb.
İqtisadçının fikrincə, hər bir xoşagəlməz hadisə iki ölkə arasında münasibətlərin inkişafını bir neçə il müddətinə dayandıra bilər. Son nəticədə hər şey bu problemin nə qədər dərinləşəcəyi və davam edəcəyi müddətdən asılı olacaq”, - deyə Emin Qəribli sözlərini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 01 İyul 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















