Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Hərtərəfli tərəqqi maliyyə sabitliyindən güc alır

Hərtərəfli tərəqqi maliyyə sabitliyindən güc alır

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan manatı dəyərini uzun illər qoruyan sabit valyutadır

Müasir dünyada iqtisadi inkişafın istiqaməti təkcə istehsalın və ixracın həcmi ilə məhdudlaşmır. Qlobal iqtisadi sistemin getdikcə daha mürəkkəb xarakter alması, geosiyasi qarşıdurmaların ticarət marşrutlarına, enerji bazarlarına və kapital axınlarına təsir göstərməsi şəraitində ölkələrin investisiya cəlbediciliyi, ilk növbədə, sabitlik, maliyyə dayanıqlılığı və uzunmüddətli proqnozlaşdırılma qabiliyyəti ilə müəyyənləşir.

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində səsləndirdiyi fikirlər də bu baxımdan mühüm önəm daşıyır və ölkənin son 3 onillikdə keçdiyi iqtisadi inkişaf yolunun mühüm nəticələri haqqında aydın təsəvvür yaradır. Eyni zamanda, dövlət başçısının siyasi və iqtisadi sabitliyin investisiyalar üçün ən mühüm amillərdən biri olduğunu və Azərbaycanın maliyyə sisteminin gücünü ifadə edən mühüm göstəriciləri xatırlatması xüsusi diqqət çəkir.

Bu göstəricilər bir-birindən təcrid olunan rəqəmlər deyil. Onların arxasında ölkənin son illər formalaşdırdığı makroiqtisadi siyasətin həyata keçirilməsi, dövlət büdcəsinin gəlir və xərclərinin ciddi şəkildə tənzimlənməsi, borclanmanın nəzarətdə saxlanılması, maliyyə ehtiyatlarının səmərəli xərclənməsi, enerji gəlirlərinin idarə olunması, valyuta ehtiyatlarının artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və xarici ticarət balansının qorunması kimi çoxsaylı amillər dayanır.

Hiperinflyasiyadan sabit maliyyə sisteminə keçid

Azərbaycanın müstəqilliyin ilk illərində üzləşdiyi iqtisadi və sosial problemlərin miqyasını nəzərə almadan bugünkü makroiqtisadi göstəriciləri tam qiymətləndirmək mümkün deyil. Belə ki, 1990-cı illərin əvvəllərində ölkə həm müharibə və işğalın yaratdığı ağır nəticələrlə, həm də iqtisadi böhran, istehsalın kəskin azalması, yüksək inflyasiya, maliyyə sisteminin zəifliyi və sosial gərginliklə üz-üzə idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmin dövrdə əhalisi, təxminən, 8 milyon olan Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünün məskunlaşması vəziyyətin ağırlığından xəbər verirdi.

Bu, yalnız sosial-humanitar problem deyildi. Müharibə və işğal iqtisadiyyatın ərazi strukturunu pozur, istehsal və logistika imkanlarını məhdudlaşdırır, dövlət büdcəsinə əlavə yük yaradır və investisiya üçün təhlükələri artırırdı. Sonrakı mərhələdə isə əsas vəzifələrdən biri sabitliyin gerçəkləşdirilməsi və bunun davamlı iqtisadi artım üçün institusional bazaya çevrilməsi idi. Enerji sektoruna xarici investisiyaların cəlb edilməsi, yeni ixrac infrastrukturlarının yaradılması və neft gəlirlərinin iqtisadi inkişaf məqsədlərinə yönəldilməsi isə Azərbaycanın maliyyə imkanlarının genişlənməsinə şərait yaratdı.

Bu gün həmin prosesin uğurlu nəticələrindən biri ölkənin əhəmiyyətli valyuta ehtiyatlarına və nisbətən aşağı dövlət borcuna malik olmasıdır. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda diqqət çəkdiyi əsas göstəricilərdən biri də məhz Azərbaycanın dövlət borcunun səviyyəsidir. Dövlət başçısının sözlərinə görə, daxili borcla birlikdə dövlət borcu ÜDM-in, təxminən, 20 faizini təşkil edir. Xarici borcun ÜDM-ə nisbəti isə 5,6 faizdir.

Bu göstəricinin əhəmiyyəti xüsusilə qlobal maliyyə bazarlarında borclanma xərclərinin yüksəldiyi və bir sıra ölkələrdə dövlət borcunun ÜDM-ə nisbətinin yüksək həddə çatdığı bir şəraitdə daha aydın nəzərə çarpır. Dövlət borcunun aşağı olması isə hökumətə maliyyə siyasətində daha geniş manevr imkanları verir. Digər tərəfdən, borcun idarəolunan səviyyədə saxlanılması ölkənin xarici maliyyə şoklarına həssaslığını azaldır və investorlar üçün makroiqtisadi risklərin qiymətləndirilməsində mühüm göstərici rolunu oynayır.

Burada daha bir mühüm məqam xarici borcun valyuta ehtiyatları ilə müqayisəsidir. Azərbaycanın valyuta ehtiyatlarının xarici borcdan dəfələrlə çox olması ölkənin xarici öhdəliklərini qarşılamaq imkanlarının yüksək olduğunu göstərir. Bu nisbət həm də respublikanın beynəlxalq maliyyə dayanıqlılığının göstəricilərindən biridir. Başqa sözlə, Azərbaycan borc öhdəliklərini idarə etməklə bərabər, həm də onları vaxtında və dəyər itirmədən dərhal yerinə yetirmək üçün böyük həcmdə maliyyə ehtiyatları yaradan, bu sahədə sabitliyi gerçəkləşdirən, gözlənilməz xərclərin qarşılanmasında və iflas riskinin qarşısının alınmasında etibarlı iqtisadi sistem formalaşdıran bir dövlətdir.

Valyuta ehtiyatları – makroiqtisadi təhlükəsizlik

Valyuta ehtiyatları müasir iqtisadiyyat üçün maliyyə aktivlərinin məcmusu olmaqla bərabər, eyni zamanda, milli valyutanın sabitliyinin, xarici ödənişlərin davamlılığının və iqtisadiyyatın mümkün xarici şoklara qarşı müdafiə imkanlarının əsas elementlərindən biridir. Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarının 2026-cı ilin ötən aylarında artması bu baxımdan diqqət çəkir. Rəsmi məlumatlara görə, ilin 9 ayında AMB-nin valyuta ehtiyatlarının 3,8 milyard dollar artaraq 15,3 milyard dollara çatması da bunun bariz ifadəsidir. Xatırladaq ki, 2025-ci ilin sonunda bu göstərici 11,5 milyard dollar idi.

Ehtiyatların aylıq əsasda artması isə valyuta bazarında xarici valyuta təklifinin tələbi üstələdiyini və bunun nəticəsində AMB-nin ehtiyat toplamaq imkanlarının genişləndiyini göstərən mühüm göstəricilərdən biridir. Burada diqqətçəkən məsələ ondan ibarətdir ki, ekspertlərin fikrincə, valyuta ehtiyatlarının artması təkcə neft gəlirlərinin səviyyəsi ilə izah edilə bilməz. Xarici ticarət balansı, qeyri-neft-qaz ixracının dinamikası, idxalın həcmi, kapital və maliyyə axınları da valyuta bazarının ümumi tarazlığında mühüm rol oynayır.

Milli valyutanın məzənnəsinə təsir edən əsaslı amillərdən biri də ölkənin tədiyə balansının vəziyyətidir. Başqa sözlə, iqtisadiyyatın xarici sektorunda ölkəyə daxil olan valyutanın həcmi artdıqca, valyuta bazarında təklif genişlənir və bu, milli valyutanın sabitliyinə təsir göstərən amillərdən biri kimi diqqət çəkir. Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramovun qeyd etdiyi kimi, Azərbaycanda manatın məzənnəsinə təsir göstərən mühüm amillərdən biri ölkəyə daxil olan valyutanın həcmidir. Bu baxımdan neftin dünya bazarındakı qiyməti respublikanın tədiyə balansının formalaşmasında hələ də əhəmiyyətli rol oynayır. Bundan başqa, son illərdə qeyri-neft-qaz ixracının genişlənməsi xarici valyuta gəlirlərinin mənbələrinin şaxələndirilməsi baxımından əlavə imkanlar yaradır.

2026-cı ilin 7 ayının göstəriciləri də bu istiqamətdə dinamik göstərici kimi diqqət çəkib. Hesablamalara görə, həmin dövrdə Azərbaycanın ixracı nominal ifadədə, yəni inflyasiya və ya pulun alıcılıq qabiliyyətindəki dəyişikliklər nəzərə alınmadan cari qiymətlərlə 39 faiz, real ifadədə isə 11 faiz artaraq 20,1 milyard dollara çatıb. Eyni zamanda, qeyri-neft-qaz ixracının artım tempi də artıb. 7 ayda qeyri-neft-qaz məhsullarının ixracı 5,9 milyard dollar təşkil edib.

Bu rəqəm Azərbaycanın xarici ticarət strukturunda qeyri-neft sektorunun rolunun güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki iqtisadi şaxələndirmə təkcə daxili istehsalın genişləndirilməsi deyil, həm də həmin istehsalın xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsi deməkdir.

İqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ölkə başçısının manatın ucuzlaşmayacağı ilə bağlı fikrini şəxsən və kifayət qədər qəti şəkildə ifadə etməsi məsələnin ciddiliyini bir daha göstərir. Görünən odur ki, Azərbaycan qarşıdakı dövrdə makroiqtisadi tarazlığın qorunmasının əsas elementlərindən biri kimi manatın məzənnə sabitliyini saxlamaqda davam edəcək.

Bunun üçün iqtisadi əsaslar da var. Ölkənin xarici ticarətində böyük müsbət saldo mövcuddur, valyuta bazarında təklif tələbi üstələyir, strateji valyuta ehtiyatları 90 milyard dolları keçib və xarici borcdan, təxminən, 20 dəfə çoxdur.

Yəni hazırda manatın sabitliyini qorumaq üçün həm iqtisadi imkan, həm maliyyə resursları, həm də siyasi iradə mövcuddur. Bütün bunlar manatın məzənnə sabitliyinin hələ bir neçə il qorunacağı ehtimalını kifayət qədər gücləndirir.

İxrac artır, idxal azalır, qazanc çoxalır

Bu ilin 7 ayında rəsmi statistikaya əsasən, respublikanın xarici ticarət dinamikasında idxalın 43 faiz azalaraq 9,8 milyard dollara düşməsi xüsusi diqqət çəkib. Beləliklə, ixracın 20,1 milyard dollar, idxalın isə 9,8 milyard dollar olması 10 milyard dollardan artıq müsbət ticarət saldosunun formalaşmasına imkan verib. Ticarət saldosunun belə yüksək olması isə ölkənin xarici valyuta gəlirlərini gücləndirib. İxracdan daxil olan valyuta ilə idxala sərf olunan valyuta arasında fərqin yüksək olması valyuta bazarında tarazlığın qorunmasına əlverişli şərait yaradıb.

Lakin bu göstəricini təkcə cari dövrün nəticəsi kimi deyil, həm də daha geniş iqtisadi transformasiya kimi qiymətləndirmək lazımdır. Azərbaycanın strateji məqsədlərindən biri ixrac strukturunda neft və qazdan asılılığın mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan qeyri-neft-qaz ixracının artması bunun parlaq nümunəsidir.

Yeri gəlmişkən, əgər əvvəlki dövrlərdə qeyri-neft sektorunun inkişafı əsasən daxili tələbatın ödənilməsi və iqtisadiyyatın şaxələndirilməsi məqsədi daşıyırdısa, hazırkı mərhələdə qarşıya qoyulan vəzifələrdən biri həmin sektorun ixrac potensialının artırılmasıdır. Kənd təsərrüfatı və ərzaq sənayesi, kimya, metallurgiya, yüngül sənaye, maşınqayırma, tikinti materialları, logistika və digər sahələrdə yaradılan yeni istehsal imkanları da bu baxımdan mühüm önəm daşıyır.

Qeyri-neft-qaz ixracının artması bir neçə istiqamətdə müsbət səmərə yaradır. Birincisi, ölkəyə daxil olan valyutanın mənbələri şaxələnir. İkincisi, qeyri-neft sektorunda istehsalın genişlənməsi yeni iş yerlərinin açılmasına və regionların iqtisadi fəallığının yüksəlməsinə şərait yaradır. Üçüncüsü, yerli şirkətlərin beynəlxalq bazarlara çıxışı onların məhsuldarlıq və keyfiyyət standartlarını yüksəltməsinə stimul verir. Dördüncüsü, iqtisadiyyatın xarici şoklara davamlılığı artır. Neftin dünya bazar qiymətlərində kəskin dəyişikliklər baş verdiyi halda qeyri-neft ixracının genişlənməsi valyuta gəlirlərinin alternativ mənbələrini formalaşdırır. Bu isə uzunmüddətli perspektivdə makroiqtisadi sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.

“Möhkəm manat” – valyuta tarazlığı

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda manatın məzənnəsinin 2017-ci ilin aprelindən etibarən ABŞ dollarına qarşı 1,70 manat səviyyəsində saxlanıldığını və ölkənin müsbət ticarət balansının valyuta sabitliyinin mühüm dayaqlarından biri olduğunu vurğulayıb.

İqtisadçı-ekspert Samir Heydərovun sözlərinə görə, məzənnənin uzun müddət sabit qalması biznes üçün proqnozlaşdırıla bilən mühit formalaşdırır. Xüsusilə xarici investorlar üçün valyuta riskinin idarəolunması investisiya qərarlarının mühüm elementlərindən biridir. Lakin manatın sabitliyini təkcə inzibati və ya monetar qərarlarla izah etmək düzgün olmazdı. Bunun arxasında valyuta gəlirlərinin davamlı artan həcmi, ixrac imkanlarının getdikcə genişlənməsi, tədiyə balansının diqqətdə saxlanılması, dövlət gəlirlərinin və xərclərinin köməyi ilə düzgün iqtisadi siyasətin gerçəkləşdirilməsi və AMB-nin valyuta bazarında səmərəli fəaliyyət göstərməsi kimi çoxsaylı amillərin qarşılıqlı təsiri dayanır.

Məhz buna görə valyuta ehtiyatlarının artması və müsbət ticarət saldosunun qorunması manatın sabitliyini reallaşdıran makroiqtisadi çərçivənin mühüm elementləridir. Digər tərəfdən, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyindən orta və uzunmüddətli perspektivdə məzənnə siyasətində AMB-nin mövqeyi mühüm olaraq qalır. Bu isə o deməkdir ki, valyuta bazarındakı tarazlığın qorunması üçün xarici valyuta təklifinin davamlılığı, ehtiyatların kifayət qədər səviyyədə saxlanılması və monetar siyasətin digər iqtisadi vasitələrlə uzlaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Bu məqamda bir məsələni də xatırlatmaq yerinə düşər. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas mövzusunun “etimad” anlayışı ətrafında qurulması təsadüfi deyildi. Çünki investisiya mahiyyət etibarilə gələcəyə inam üzərində qurulur. Belə ki, investor üçün ölkənin yalnız indiki iqtisadi göstəriciləri deyil, həm də sabah həmin göstəricilərin hansı istiqamətdə dəyişəcəyi də zəruridir. Bu baxımdan Azərbaycanın hazırkı makroiqtisadi mənzərəsində bir neçə göstərici xüsusilə seçilir. Yəni dövlət borcunun ÜDM-ə nisbətən, təxminən, 20 faiz səviyyəsində müşahidə edilməsi, xarici borcun ÜDM-in 5,6 faizinə bərabər olması, valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi, cari ilin 7 ayında 10 milyard dollardan artıq müsbət ticarət saldosunun yaranması makroiqtisadi sabitliyi şərləndirir.

Yuxarıda sadalananlarla yanaşı, respublikada ixracın 20,1 milyard dollara yüksəlməsi, qeyri-neft-qaz ixracının 5,9 milyard dollar təşkil etməsi, AMB-nin valyuta ehtiyatlarının 15,3 milyard dollara çatması, manatın ABŞ dollarına qarşı 1,70 səviyyəsində uzunmüddətli sabitliyinin qorunması kimi göstəricilər birlikdə Azərbaycanın makroiqtisadi sabitliyinin ayrı-ayrı elementlərdən deyil, qarşılıqlı tamamlanan maliyyə və iqtisadi mexanizmlərdən formalaşdığını göstərir.

Nəhayət, bir məsələyə də münasibət bildirmək istərdik. Azərbaycan iqtisadiyyatının son onilliklərdə keçdiyi inkişaf yolu həm də enerji resurslarından əldə olunan gəlirlərin iqtisadi və maliyyə dayanıqlılığının formalaşdırılmasına yönəldilməsi prosesi kimi qiymətləndirilir. Neft və qaz gəlirləri ölkənin infrastrukturunun yenilənməsinə, nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə, sosial proqramların maliyyələşdirilməsinə və valyuta ehtiyatlarının artırılmasına imkan yaradır.

Lakin müasir mərhələdə qarşıda duran əsas məsələ bu maliyyə imkanlarını yeni iqtisadi dəyər yaradan sahələrə çevirməkdir. Bu baxımdan qeyri-neft-qaz sektorunun inkişafı, sənayeləşmə, rəqəmsal iqtisadiyyat, “yaşıl” enerji, logistika, kənd təsərrüfatı və ixracyönümlü istehsal sahələri strateji əhəmiyyət qazanır.

Vaqif BAYRAMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see280

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see277

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see262

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see256

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see248

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see240

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see237

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see232

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see231

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see231

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see224

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see220

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see217

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see217

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see214

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see206

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see203

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see198

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see196

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri