Icma.az
close
up
RU
Həyasızlığın həddi: Türkiyə Ermənistana 76,5 milyard avro təzminat ödəməlidir

Həyasızlığın həddi: Türkiyə Ermənistana 76,5 milyard avro təzminat ödəməlidir

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Türkiyə Ermənistana 76,5 milyard avro təzminat  ödəməlidir".


Adalet.az xəbər verir ki, bu fikri anti-türk ölkələrin "qaz"ına gəlmiş, erməni iqtisadçı ekspert Hrayr Kamendatyan erməni saytlarına müsahibəsində dilə gətirib:""Erməni etnosunun məhv edilməsi proqramını həyata keçirən dövlət 100 il əvvəl alçaldılmış vəziyyətə düşmüşdü. Qalib müttəfiq ölkələr məğlub olmuş, alçaldılmış Türkiyəni vəhşiliklərinin əvəzini ödəməyə məcbur etmişlər. Müharibə təzminatlarını hesablamaq üçün Paris konfransı nəzdində xüsusi komissiya yaradılmışdır. Komissiya qərara almışdır ki, Türkiyə Ermənistana 14 milyard frankı və Qərbi Ermənistana 5 milyard frank verməlidir. Bu rəqəmin təxminən 76,5 milyard avro olduğunu açıqlayan sənədlər var".
Jurnalistin Türkiyə soyqırımı tanımadığı təqdirdə pulu necə qaytarması ilə bağlı sualına Kamendatyan belə cavab verib:
“Mən öz istəyi ilə məhkəməyə gələrək ədalətli mühakimə olunmasını tələb edən siyasi cinayətkarla rastlaşmamışam. Türkiyə cinayətkar dövlətdir. Türkiyənin nə vaxtsa tanınma və təzminat prosesinə başlamaq istəməsini gözləməyə ehtiyac yoxdur. Ermənistan tərəfi bu məsələni daim qaldırmalıdır”.
Hrayr Kamendatyan qeyd edib ki, Ermənistan bütün mümkün üsullarla Erməni Soyqırımı ilə bağlı səsini daim ucaltmalıdır.

 Qeyd edək ki, Türkiyə lideri R.T.Ərdoğan dəfələrlə  saxta “erməni soyqırımı” iddialarından, bəhanələrindən Türkiyənin bezdiyini vurğulayıb: “Bezdik artıq. Dəfələrlə dedik, bu məsələni tarixçilərin, antropoloqların, alimlərin ixtiyarına buraxaq, bu siyasətlik məsələ deyil. Ortada hər hansı bir məsələ olmadığı halda, bizi ittiham edirsiniz. İllər keçdi, ABŞ-ın da daxil olduğu Minsk Qrupu Azərbaycan-Ermənistan problemini həll edə bilmədilər. Nəticədə Azərbaycan öz problemini özü həll etdi.

Bu tarixi fakta laqeyd qaldığı halda, ortada bir fakt yox ikən siz Türkiyəni necə soyqırımı ilə ittiham edə bilərsiniz? Bu soyqırımı ifadəsini nə Baydendən öncəki demokratlar, nə də respublikaçılar dedi. Yetər artıq. Biz qəsəbə dövləti deyilik, Türkiyəni bir küncə sıxışdırmağa çalışanlar NATO-da güclü müttəfiqlərini itirmiş olacaqlar”.

 Əntiqə  Rəşid 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Aprel 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri