Icma.az
close
up
RU
Həyatın ikinci mərhələsi: körpənin 40nı tökmək Dinə və tibbə dəxli var?

Həyatın ikinci mərhələsi: körpənin 40nı tökmək Dinə və tibbə dəxli var?

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Körpənin 40 çıxdı, "40-nı tökmık" kimi adlandırılan mərasiminin islam dini ilə heç bir əlaqəsi yoxdur. Bu adətlər dini rituallara deyil, adətən xalqın təcrübəsinə, böyüklərin tövsiyəsinə əsaslanır və onlara müqəddəslik donu geyindirirlər”.

Bu fikirləri Lent.az-a açıqlamasında din xadimi Hacı Mircəfər Əyyubov söyləyib.

İnanclara görə, körpə doğumundan 40 gün sonra həyatının ikinci mərhələsinə qədəm qoyur. Bu mərhələdə artıq körpəni görməyə gələnlərin sayı artır, onun "çilləyə düşmək" kimi bir qorxusu olmur. İlk 40 gündən sonra kötpənin çimizdirilməsindən sonra onun yeni həyatı da başlamış olur və necə deyərlər, çöl-bayır üzü görməyə başlayır. Bəs həqiqətən körpə uşağın 40-ı var? Bu adət dində və tibdə əsaslandırılıbmı?

İctimaiyyət üzvləri, həmçinin din xadimləri də islamda körpənin 40-dan çıxması deyilən bir şeyin olmadığını bildirir. Körpə ana bətnindən ayrıldığı andan etibarən həkim və nəzarətçilər də daxil olmaqla onu onlarla insan görür. Ona görə də evə buraxıldıqdan sonra körpənin 40-lı adı altında qohum-əqrəbadan gizlədilməsi absurd fikirdir.

Hacı Mircəfər Əyyubov məsələyə münasibət bildirərək qeyd edib ki, müqəddəs adətlər daha tez qəbul olunduğu üçün insanlar təcrübədən keçirdikləri 40 çıxdı kimi bəzi ənənələri din adı altında təbliğ edirlər: 

“Əlbəttə, 40 rəqəminin dində önəmli yeri var. Məsələn, islamda belə bir şey var ki, əgər insan bir vərdişi tərgitmək və ya özündə onu yaratmaq istəyirsə, 40 gün əməl etməlidir. Eyni zamanda, bir çox peyğəmbərə 40 yaşında peyğəmbərlik verilib. Bu kimi nümunələrin olması o demək deyil ki, uşağın 40 gün başqalarına göstərilməməsi dini adətdir. Dinimizdə bu məsələ ilə bağlı heç bir ayə yoxdur”.

Bəs uşağın doğulduğu andan 40 gün qorunma məsələsinin təbabətdə bir rolu varmı?

Əslində, təbabətdə qırx anlayışı yoxdur. Tibdə sadəcə doğuşdan sonrakı ilk 6 həftə (42 gün) zahalıq adlanan bir dövr var. Bu zahalıq dövrü ana orqanizminin 9 ay müddətində baş verən psixoloji və fizioloji dəyişiklərin geri dönüşü ilə xarakterizə edilir. Eyni zamanda yeni doğulmuş körpə bətn daxilindən bətnxarici həyata adaptasiya olur.

40 gün ərzində ana orqanizmində sözügedən dəyişikliklər isə bunlardır:

- Hamiləlikdən öncəki ölçülərinə geri qayıdır.

- Doğumdan sonra uşaqlıq daxilində mövcud olan yara səthi sağalmağa başlayır ki, bu da özünü 6 həftə ərzində fərqli şəkildə məsələn qanayaraq ifadə edir.

- Əgər ana normal doğuş edibsə, uşaqlıq yolunda yumşaq toxumalar yığılıb öz ölçülərinə geri qayıdır.

- Uşaq keysəriyyə yolu ilə dünyaya gəlibsə, bu müddət ərzində ananın əməliyyat yarası sağalır.

- Qarın əzələləri öz tonusunu geri qaytarmağa çalışır.

- Süd vəziləri böyüyür və ana südü ifraz etməyə başlayır.

Belə görünür ki, uşağı qırxdan çıxartmaq məsələsinin konkret olaraq nə tibbi, nə də dini izahı var. Sadəcə, Azərbaycan cəmiyyətinin qeyd etdiyi bu məclis kökü olmayan bir adət-ənənədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Noyabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see275

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see250

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see209

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see195

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see175

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see146

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see145

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see137

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see133

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri