Icma.az
close
up
RU
Həyəcan təbili çalınır: Bir metropol yerin dibinə qərq olur

Həyəcan təbili çalınır: Bir metropol yerin dibinə qərq olur

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Dünyanın ən sıx məskunlaşmış şəhərlərindən biri olan Mexiko Siti hazırda binalarının görkəmindən daha çox, torpağın altına doğru səssiz enişi ilə gündəmdədir. Şəhərin yerləşdiyi təməlin qədim bir göl yatağı olması bu nəhəng metropolu hər gün bir az daha aşağı çəkir.

Ölkə.az xəbər verir ki, alimlər bu prosesi uzun illərdir izləsələr də, NASA-nın kosmosa buraxdığı ən yeni radar sistemi NISAR fəlakətin miqyasını əvvəllər görünməmiş dəqiqliklə ortaya çıxarıb. Kosmosdan əldə edilən son görüntülər milyonlarla insanın yaşadığı paytaxtın bəzi ərazilərində torpağın hər ay nəzərəçarpacaq şəkildə endiyini göstərir.

Bu dramatik vəziyyətin kökləri bölgənin keçmişində baş vermiş böyük dəyişikliklərə dayanır. Azteklər dövründə Tenoçtitlan adı ilə tanınan şəhər Texkoko Gölünün ortasında yerləşən bir adada su ilə uyğunlaşmış mühəndislik sistemi ilə mövcud olub. Lakin müstəmləkə dövründə bu inkişaf etmiş su idarəetmə sistemləri ləğv edilərək gölün qurudulmasına qərar verilib və bununla da bugünkü problemin təməli qoyulub. Su ilə doymuş yumşaq torpaq zamanla quruyaraq sıxlaşıb və üzərində inşa edilən beton kütlələrin ağırlığı altında çökməyə başlayıb.

Bu gün yeraltı suların həddindən artıq istifadəsi və böyük binaların yaratdığı təzyiq çökmə prosesini geri dönməz hala gətirib. 1920-ci illərdən bəri bilinən bu risk artıq metro xətlərini deformasiya edir, tarixi binaların təməllərini zəiflədir. 2025-ci ildə istifadəyə verilən "NISAR” peyki buludları belə deşə bilən radar texnologiyası ilə bu dəyişiklikləri santimetr-santimetr qeydə alır. Məlumatlara görə, şəhərin bəzi hissələri hər ay 2 santimetrdən çox, yəni ildə təxminən 25 santimetrə qədər çökür.

NASA-nın yayımladığı xəritələrdə ən riskli zonalar tünd mavi rənglərlə işarələnib. Şəhərin simvollarından biri olan Müstəqillik Mələyi abidəsi də bu prosesin canlı nümunəsi kimi göstərilir; ətraf ərazi çökdükcə mühəndislər giriş hissəsinə davamlı olaraq yeni pillələr əlavə etmək məcburiyyətində qalırlar. Alimlər bildirirlər ki, ən böyük radar antenasına sahib olan NISAR peyki təkcə Mexiko Siti üçün deyil, bütün Yer kürəsində geoloji dəyişikliklərin izlənməsi baxımından unikal imkan yaradır.(qaynarinfo)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 May 2026 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri