Icma.az
close
up
RU
Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ: “Azərbaycandan İrana hər hansısa bir təhdid ola bilməz”

Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ: “Azərbaycandan İrana hər hansısa bir təhdid ola bilməz”

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İran Azərbaycana qarşı məkrli siyasətindən əl çəkməli və Azərbaycanın etdiyi kimi siyasi yaxınlaşmada addım atmalıdır”.

Bu sözləri Yenicag.az saytına açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

O, Prezidentin köməkçisi Hikmət Hacıyevin İran prezidenti Məsud Pezeşkian sonuncu ilə görüşünü şərh edərək İran-Azərbaycan münasibətlərində önəmli məsələlərə toxunub:

“Düşünürəm ki, bir müddət əvvəl ilə hazırkı münasibət arasında çox ciddi fərq var. Müsbətə doğru addımlar atılmaqdadır. Həm, səfirliyimizin bərpası, həm səfirliyimizə hücum edən şəxsin layiqli cəzasını alması, həm iqtisadi cəhətdən yol infrastrukturunda bir sıra addımların atılması, həm körpülərin tikilməsi, həm də siyasi baxımdan müəyyən yaxınlaşmaları İranla Azərbaycan münasibətlərində müsbət addım kimi dəyərləndirmək olar. Cənab Prezidentin köməkçisinin məhz İran prezidenti ilə görüşməsi xüsusi qeyd edilməli məsələdir.

Əsas məqam ondan ibarətdir ki, biz qonşuluq siyasəti həyata keçirəcək dövlətik. 100 kilometrlərlə sərhədimiz, eyni zamanda, İran ərazilərində yaşayan çoxsaylı həmvətənlərimiz var. Bütün bunlara baxanda, təbii ki, bizim yaxınlaşmağımız çox vacib məsələdir. Eyni zamanda, İran tərəfi başa düşməlidir ki, Azərbaycandan onların təhlükəsizliyinə hər hansı təhdid yoxdur, ola da bilməz”

Millət vəkili hesab edir ki, bu yaxınlaşmaların fonunda İran tərəfi də Azərbaycana qarşı qarayaxmaları dayandırmalı və bizim atdığımız addımları təkrarlamalıdır:

“Digər tərəfdən, İranın Azərbaycana qarşı məkrli siyasəti dayandırılmalıdır. Xüsusi xidmət orqanlarının apardığı əməliyyat nəticəsində də bir sıra vacib məqamlar aşkarlandı və düşünürəm ki, İran tərəfi də bunun nə qədər ciddi məsələ olduğunu bir daha dərk etdi. Təbii ki, bu proseslərdə İran-Rusiya və İran-Ermənistan münasibətlərini də nəzərə almaq lazımdır. İranla Ermənistan arasında olan münasibət dolayı şəkildə Azərbaycana təsir etməyə bilməz. Eyni zamanda, İran-Rusiya münasibətlərini xüsusi vurğulamaq lazımdır”.

A. Nağıyevin fikrincə, Zəngəzur dəhlizinin açılması məsələsi də çox mühüm məsələdir:

“Burada İran öz mövqeyini ortaya qoymalıdır. Bu tək Ermənistanın və havadarlarının istəyi ilə deyil, eləcə də birmənalı şəkildə beynəlxalq daşınmalarda çox mühüm rol oynayan məsələdir. Bundan başqa, İran və Ermənistanın münasibətlərində zərər çəkən digər dövlətlər olmamalıdır. İran başa düşməlidir ki, vizual kəşfiyyatçıların Azərbaycan-Ermənistan sərhədinə gətirilməsi NATO qoşunlarının İrana daha da yaxınlaşmasını gündəmə gətirir. Buna görə də bütün bu proseslər nəzərə alınmalıdır. Odur ki, İran Azərbaycanın vacib aktor və Cənubi Qafqazda mühüm dövlət olduğunu bir daha nəzərə almalıdır”.

Nurlan Cəfəri

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 04 Fevral 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri