Husilərin ballistik raket hücumu səbəbindən Tel Əvivdəki hava limanında uçuşlar dayandırılıb
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yəməndəki husilərin atdığı ballistik raket nəticəsində İsrailin Tel-Əviv şəhərində yerləşən Ben Qurion Beynəlxalq Hava Limanında bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
BAKU.WS xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada bildirilib ki, Yəmən ərazisindən atılan raket səbəbilə ölkənin bir neçə şəhərində hava hücumu siqnalları səsləndirilib. Ordunun məlumatına görə, raket İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
İsrail mətbuatı hadisə ilə bağlı yazıb ki, təhlükəsizlik məqsədilə Tel-Əvivdəki Ben Qurion Hava Limanında bütün uçuşlar təxirə salınıb.
Qeyd edək ki, son aylar ərzində Yəməndəki husilər ilə İsrail arasında gərginlik artmaqda davam edir. Husilər daha öncə də İsrailə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 25 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















