Icma.az
close
up
RU
“İçərişəhər”dən Bayıla, “Avtovağzaldan” Xırdalana metro xətti… NƏQLİYYAT EKSPERTİNDƏN HÖKUMƏTƏ TƏKLİF VİDEO

“İçərişəhər”dən Bayıla, “Avtovağzaldan” Xırdalana metro xətti… NƏQLİYYAT EKSPERTİNDƏN HÖKUMƏTƏ TƏKLİF VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyev dekabrın 7-si yerli mediaya müsahibəsində Bakı şəhərində nəqliyyat problemlərinin olduğunu, yeni layihələrin vacibliyini, tıxacların qarşısının alınması məqsədilə metropolitenin inkişaf etdiriləcəyini və bu ildən etibarən 10 yeni metrostansiyanın tikiləcəyini bildirdi. Növbəti gün isə “Bakı Metropoliteni” QSC tərəfindən yeni tikiləcək metro stansiyaları, hansı xəttdə hansı stansiya ilə birləşəcəyi barədə məlumat yayıldı.

Avtosfer.az xəbər verir ki, sonuncu təhvil verilən və bənövşəyi xəttin başlanğıcı hesab edilən “Xocasən” metro stansiyası növbəti illərdə “Sahil” “Şah İsmayıl Xətai” metro stansiyaları ilə birləşdiriləcək.

Bununla yanaşı yaşıl xəttin sonuncu stansiyası olan “Şah İsmayıl Xətai “stansiyasının “Həzi Aslanov” stansiyası ilə birləşdirilməsi planlaşdırılır.

Bütün bu gələcəyə yönəlik layihələrdən əlavə şəhərdə ictimai nəqliyyat istiqamətində, xüsusilə metro stansiyalarının sayının artırılması mövzusunda ləngimələr ölkə iqtisadiyyatı üçün də problemlərə səbəb olub.

Saytımızın sosial şəbəkə hesablarında canlı yayımda mövzunu şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, Bakıda əlavə 60 metro stansiyası lazımdır:

“Bakının Baş planı təsdiqlənəndə də qeyd olundu ki, 2040-cı ilə qədər təxminən bənzər sayda metro stansiyasının tikintisi nəzərdə tutulub. Cənab Prezident də bildirdi ki, 5 il ərzində 10 yeni stansiyanın tikintisi nəzərdə tutulub. 10 stansiyanın tikintisi üçün 4 milyard manatlıq investisiya planlaşdırılıb. Ölkəmizdə metro tikintisi ilə məşğul olanlar düşünür ki, stansiyalar yalnız yeraltı olmalıdır. Yeraltı tikintisi zamanı problemlər yaşanan ərazilərlə bağlı dəyişiklik etmək, qatarların marşrut xəttini yerüstü çəkmək daha yaxşı olar. Doğrudur, bir az baha başa gələcək, müəyyən söküntü işləri həyata keçirilməli olacaq, lakin nəzərdə tutulan ərazilərdə metro mütləq olmalıdır. Çünki metro paytaxtda ən əlverişli nəqliyyat vasitəsi hesab olunur. Yaxşı olardı ki, “İçərişəhər” metro stansiyası tərəfdən 20-ci sahə və Bayıl qəsəbəsi istiqamətinə də metro xətti çəkilsə, yaxşı olardı. Həmin istiqamətdə son stansiya “İçərişəhər”dir. 20 ildən çox müddət olar ki, Bayıl qəsəbəsi istiqamətində metro xəttinin çəkilməsi ilə bağlı təkliflər var idi. Amma indiyə qədər bu baş tutmayıb. Xırdalanda metro stansiyasının olması vacibdir. Bunu zəruri hesab edirəm. “Xocasən” stansiyasından Xırdalana bir xətt çəkmək olar. Yaxud da “Avtovağzal” stansiyasından bura metro xətti çəkilməsi daha əlverişli ola bilər. Xırdalan dairəsi və Xırdalan şəhərinin nəqliyyat infrastrukturu üçün mükəmməl layihə hazırlanıb. Müəyyən qurumlarla həmin layihə razılaşdırılsa, bu məsələ də öz həllini tapacaq”.

Elməddin Muradlının metro stansiyaları ilə bağlı şərh etdiyi həmin canlı yayımdan olan hissəni sizə təqdim edirik:

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Yanvar 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri