Icma.az
close
up
RU
İcra başçısının oğlu YENİDƏN GÜNDƏMDƏ Biznes imperiyası, bahalı maşın kolleksiyası, qeyri etik görüntülər... FOTO

İcra başçısının oğlu YENİDƏN GÜNDƏMDƏ Biznes imperiyası, bahalı maşın kolleksiyası, qeyri etik görüntülər... FOTO

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda bir vaxtlar məşhur olan “məmurların harınlamış övladları” seriyası sonradan yoxa çıxdı. Bunun səbəblərindən biri dövlətin məsələyə lazımi müdaxiləsi, belə məmurları vəzifədən uzaqlaşdırması, həmçinin, qanunu pozanların qanun qarşısına çıxarılmasıdırsa, digər səbəbi də bir çoxlarının “gizlənməsi”, qınına çəkilərək, yenə eyni harınlığı davam etdirməsidir. Sadəcə olaraq, gözə batmamaq üçün arxa planda qalmağı seçiblər.

Sabunçunun icra başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvərli (Vəliyev) də onlardan biridir. Məlumatlara görə, icra başçısının oğlu Vəliyev soyadından imtina edərək, sosial şəbəkələrdə Ənvərli kimi olması da gizlənmək və atasının vəzifəsindən sui-istifadə edərək, ələ keçirdiyi pullarla qurduğu biznes imperiyasını qorumaq məqsədi daşıyır. Ənvər Ənvərlinin adı indiyə qədər müxtəlif qalmaqallarda hallanıb. 2019-cu ildə sosial mediada yayılan qeyri-etik görüntülərin əslində Adil Vəliyevin oğluna məxsus olduğu, lakin izi itirmək üçün Rusiyada yaşayan azərbaycanlıların üzərinə atıldığı haqda məlumatlar var.

Ənvər Ənvərlinin adı 44 günlük müharibədən sonra “Fəxri fərman”la təltif olunmasına görə də mediada gündəmə gəlmişdi. O zaman hər kəsi bir məsələ maraqlandırırdı: müharibədə iştirak etməyən icra başçsının oğlu hansı xidmətlərinə görə təltif olunub?! Bu sual cavabsız qaldı, çünki Ənvər Ənvərlinin müharibə dövründə ölkədə olub-olmaması belə məlum deyildi. Əvəzində o, müharibədən sonra qazilər üzərindən özünün təbliğatını aparmaq istiqamətində də bir neçə addım ata bildi. Misal üçün, qzilərimizdən birinə avtomobil hədiyyə edərək, bunun mediada tirajlanmasını təmin etdi və s.

Ümumiyyətlə bir sual açıq qalır: “fərasətli” Ənvər Ənvərlinin qurduğu biznes imperiyasınının qaynağı haradır?

Əslində, onun biznesinə daxil olan şirkətləri və fəaliyyət sahələrinə diqqət etdikdə hər şey aydın olur.

Ənvər Ənvərli atasının doğulduğu Əfəndilər kəndinin adını daşıyan “Efendiler Group” holdinqinin rəhbəridir. 2007-ci ildən fəaliyyət göstərən şirkət avtomobil və tikinti sektoru üzrə fəaliyyət göstərir. Qrup “Porsche”, “Audi”, “Zeekr”, “Geely”, “Chery”, “Voyah” və “Radar” kimi tanınmış avtoistehsalçıların distribüteri fəaliyyət göstərir, avtomobillərin satışını, onların ehtiyat hissələri və texniki servis təminatını həyata keçirir. “Euro Style” multibrend texniki servis mərkəzi – müxtəlif markalı avtomobillərə texniki xidmət göstərən şirkət kimi qrupa daxildir.

“Efendiler Group” şirkəti ölkədə elektromobillər üçün enerjidoldurma mərkəzləri şəbəkəsi yaradılması biznesini də monopoliyaya alıb.

“Efendiler Group”un tikinti sektoru üzrə fəaliyyət göstərdiyi əraziyə baxdıqda da çox şey aydın olur. “Efendiler Group” və “XXI ƏSR” MTK Sabunçuda yaşayış binaları və biznes obyektlərinin inşası ilə məşğul olur. Həmçinin, “Bakıxanov Rezidens Komplekslər Qrupu”na da Ənvər Ənvərli rəhbərlik edir.

Onun tikdirdiyi binaların və sahibi olduğu şirkətlərin siyahısı açıq mənbələrdə də yayılıb.

“Bakıxanov Rezidens A”,

“Bakıxanov Rezidens B”,

“Bakıxanov Rezidens 1”,

“Bakıxanov Rezidens 2”,

“Bakıxanov Rezidens 3”,

“Fireland”,

“Fireland 2”,

“Ramana Rezidens”,

“Ramana Rezidens 1”,

“Brillians Rezidens”,

Yen yaşayış binaları layihələri:

“Bakıxanov Zəfər 1”,

“Koroğlu Rezidens”

Şirkətlər:

“Əfəndilər Group”,

“Əfəndilər” MMC,

“Euro Style LTD.” MMC,

“Yeni Sabunçu” MTK,

“Yaşıl Construction” MTK,

“BƏRGÜŞAD-Ş” MTK,

Avtomobil təmiri mərkəzləri,

“Cafe Cayenne” (57 Üzeyir Hacıbəyov, Bakı ünvanında).

Göründüyü kimi, Ənvər Ənvərlinin biznes imperiyasında əsasını atası Adil Vəliyevin icra başçısı olduğu rayonun ərazisindəki fəaliyyət üstünlük təşkil edir. Səbəb bəllidir, Adil Vəliyev vəzifə səlahiyyətlərindəın istifadə edərək, başçılıq etdiyi rayonda oğluna geniş imkanlar yaradır.(Yeniçağ.az)

Adil Vəliyevin oğlunun inşa etdiyi və sakinlərə satdığı binalarda həyətyanı əraziləri və qaraj yerlərini belə qanunsuz olaraq zəbt etdiyinə dair çoxsaylı şikayətlər var. Hətta, Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumlar bununla bağlı dəfələrlə xəbərdarlıq etsələr də, Nazirliyin müraciətlərinə məhəl qoyulmayıb. Çünki Ənvər Ənvərli hesab edir ki, atası Adil Vəliyev icra başçısıdırsa, ona heç kim toxuna bilməz və istədiyi kimi qanunları tapdalaya bilər.

Beləliklə, “Məmurların harınlanmış övladları” seriyası  Adil Vəliyevin oğlu Ənvər Ənvərlinin timsalında yenidən aktuallaşır. İcra başçısının oğlunun maşınlarının nömrələrinin sonu 078 və 222 ilə bitən lüks avtomobil kolleksiyasına sahib olması da onun dövlətin pulu hesabına əldə etdikləri lüks həyatından xəbər verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Mart 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri