İdarə rəisi: Zəhərlənmə hadisələrinin hər birinin cinayət xarakteri daşıdığını demək olmaz
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Ötən il Sumqayıtda, bu il Gəncədə kütləvi halda zəhərlənmələr qeydə alınıb. Zəhərlənmə hadisələrinin hər birinin cinayət xarakteri daşıdığını demək olmaz".
Oxu.Az xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində canlı yayımda deyib.
O bildirib ki, zəhərlənmə ilə bağlı prokurorluğa məlumat daxil olduqda Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə zəhərlənmə halının baş verdiyi müəssisədə qidalardan nümunələr götürülür və ekspertiza həyata keçirilir:
"Zəhərlənmələr əksər hallarda kütləvi xarakter daşıyır. Ötən il Sumqayıtda, bu il Gəncədə kütləvi zəhərlənmə halları qeydə alınıb. Bu kimi halların ictimai iaşə obyektlərində, təhsil müəssisələrində, istehsalat müəssisələrində baş verdiyini müşahidə edirik. Əksər vaxt bunlar qidanın düzgün tədarük, emal edilməməsi, saxlanma şəraitinə əməl olunmaması səbəbindən baş verir.
İlkin yoxlama həyata keçirildikdə cinayət tərkibi əməli müəyyən olunursa, bu zaman cinayət məsuliyyəti yaranır və lazımi tədbirlər görülür".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 İyun 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















