Icma.az
close
up
RU
“İğdır Naxçıvan qaz kəməri Türkiyə Azərbaycan münasibətlərində yeni və parlaq səhifə açdı”

“İğdır Naxçıvan qaz kəməri Türkiyə Azərbaycan münasibətlərində yeni və parlaq səhifə açdı”

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” olduqlarını bir daha dünyaya nümayiş etdirdi. İğdır-Naxçıvan qaz kəmərinin işə düşməsi ilə ölkələrimiz arasında daha bir vacib əməkdaşlığın başlanğıcı qoyuldu. Bu layihənin böyük sosial, iqtisadi və siyasi əhəmiyyəti vardır.

Bütün Naxçıvanı qazla təmin edəcək kəmər iki ölkə liderinin siyasi iradəsi sayəsində gerçəkləşdi. Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gün kimi düşən İğdır-Naxçıvan qaz xəttinin açılışı iki qardaş ölkə arasında ikinci “Ümid” körpüsüdür. Birinci körpü ötən əsrin sonlarında inşa edildi və Türkiyənin Naxçıvana birbaşa dəstəyini, yardımını təmin etdi. Nəticədə ermənilər qədim diyarımızı işğal edə bilmədilər. Bu dəfə isə işə salınan ikinci “körpü” - İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın başqa ölkələrdən qaz asılılığını aradan qaldıracaq, enerji təhlükəsizliyini təmin edəcək. Qısası, bu kəmər münasibətlərimizdə yeni və parlaq səhifə açdı”.

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, Türkiyə-Azərbaycan arasında ticarət əlaqələri, enerji və nəqliyyat sahələrində əməkdaşlıq genişlənir: “Azərbaycan enerji ixracatı sahəsində Türkiyə vasitəsilə Avropa bazarına çıxış əldə edib. 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri hər iki ölkənin strateji maraqlarına cavab verir. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir, çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırıq. 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi də Azərbaycanın qazını Türkiyə vasitəsilə Avropaya ixracına geniş imkanlar yaradır.  Bu kəmərlər Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Azərbaycan qazı bir çox ölkənin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetr olub ki, əsas hissəsi  Türkiyəyə, yarısı isə 10 Avropa ölkəsinə ixrac edilib. Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 9 milyard ABŞ dollar civarındadır.  Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi yatırımların həcmi isə 20 milyard dolları ötüb”. 

Millət vəkili qeyd etdi ki, yeni qaz kəmərinin işə düşməsi əziz Ramazan ayında Naxçıvanda yaşayan 500 minə yaxın sakin üçün çox qiymətli bayram hədiyyəsi oldu: “Ən əsası Iğdırdan gələn qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək.  Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülür.  80 kilometrlik kəmər gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malikdir. Kəmər Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək gücdədir. Gələcəkdə Türkiyə-Naxçıvan elektrik xətti layhəsinin icra olunacağı proqnozlaşdırılır. Bununla da Naxçıvanın enerji təhlükəsizliyi tam təmin ediləcək. Bu layihələr təkcə Türkiyə və Azərbaycan üçün deyil, xüsusilə Türk dünyası üçün əhəmiyyətlidir. Ölkələrimiz arasındakı birlik, qardaşlıq bütün Türk dünyasının güclənməsinə böyük bir töhfədir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər iki ölkənin ortaq tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanır. Yaxın illərə qədər əyalət mərkəzini xatırladan, iqtisadi blokadadan əziyyət çəkən Naxçıvan bu gün regional əməkdaşlıq mərkəzinə çevrilib. Muxtar Respublika Azərbaycan-Türkiyə əlaqələrində aparıcı rol oynayır. Türkiyə Naxçıvanın təhlükəsizliyinə tarixən xüsusi önəm verib. Bu kimi əlaqələrin nəticəsidir ki, münasibətlərimiz beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Türk dünyası daxilində ölkələrimiz arasında artan əməkdaşlıq yalnız iki dövlətin deyil, bütün Türk dünyasının birliyini və inkişafını dəstəkləyir. Dövlətimiz üçün əsas beynəlxalq əməkdaşlıq platforması Türk Dövlətləri Təşkilatıdır. Bu təşkilat Azərbaycana mədəni, tarixi və siyasi baxımdan çox yaxındır. Ölkələrimiz bütün məsələlərdə bir-birini dəstəkləyir. Münasibətlərimiz bütün dünyaya nümunədir. Türkiyə və Azərbaycan regionda sülh, sabitlik və inkişafı dəstəkləyir. Şübhə yoxdur ki, gələcəkdə Azərbaycan-Türkiyə əməkdaşlığı daha da inkişaf edəcək və Türk dünyasının güclənməsinə töhfələr verəcək. Bu, yalnız regional deyil, qlobal təhlükəsizlik və iqtisadi inkişaf baxımından da mühüm əhəmiyyət kəsb edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Mart 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri