Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

İki nəhəngin çəkişməsi, 47ci prezident və Bakının manevrləri Yeni dünya nizamı necə olacaq?

İki nəhəngin çəkişməsi, 47ci prezident və Bakının manevrləri Yeni dünya nizamı necə olacaq?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın 7-də Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ona yeni dünya nizamının necə olacağı ilə bağlı ünvanlanan suala münasibət bildirəndə çox dəqiq olaraq qeyd edib ki, "İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq".

İkinci Dünya müharibəsindən sonra yaranmış sistemin artıq öz potensialını itirdiyini bildirən dövlət başçısı vurğulayıb ki, bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir:

"Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır. Yəni bu gün Qərbin üzləşdiyi vəziyyəti ən çox tənqid edən Qərbin aparıcı ölkəsinin seçilmiş prezidentidir, haqlı olaraq tənqid edir. Çünki bu sistem artıq tükənib".

Dövlət başçısının bildirdiyi kimi, yeni dünya nizamında Azərbaycanın öz rolu və yeri olacaq.

Oxu.Az mövzu ilə bağlı yerli və xarici ekspertləri danışdırıb.

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Qərb dünyası ilə can atdığı Orta Asiya arasında bağlantılar Azərbaycansız mümkün deyil:

"Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. Ölkəmiz öz sərmayəsi hesabına Cənubi Qafqazın yeni nəqliyyat, energetika xəritəsini yaradıb. Məhz yeni nizamın əsasında yeni kommunikasiyalar dayanacaq. Azərbaycan Avropanın 10 ölkəsinin enerji təhlükəsizliyinin təminatına töhfə verir. Bütün bunlar Azərbaycansız yeni dünya nizamının mümkün olmayacağı deməkdir".

"Dövlət başçısının qeyd etdiyi kimi, dünya tarixində son illər öz gücü ilə öz ərazilərini işğaldan azad edən ikinci ölkə yoxdur. Biz ağır layları yerindən tərpətmişik. Ona görə də bəzi dairələrdə bizə qısqanclıqla yanaşılır. Amma dövlət başçımızın rəhbərliyi altında aparılan müstəqil siyasətimiz və dəyişilməz mövqeyimiz yeni dünya nizamında nəzərə alınacaq. Çünki dünyada müstəqil siyasət yürüdən dövlətlər çox azdır. Yeni dünya nizamında ölkələr bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmalı, qarşılıqlı hörmət əsasında münasibətlər formalaşdırılmalıdır. Dünyanın güc mərkəzlərinin davam etdirdiyi "parçala, hökm sür" siyasətinə son qoyulmalıdır. Belə olan halda müharibələrə və qarşıdurmalara son qoyular və yeni dünya nizamında ədalətli və təhlükəsiz bir dünya formalaşar", - deyə deputat vurğulayıb.

Millət vəkili qeyd edib ki, yeni dünya nizamında müstəqil siyasət yürüdən ölkələrin mövqeləri nəzərə alınacaq:

"Dövlət başçımız müsahibədə Kanadanı, sadəcə, bir misal kimi çəkmədi. Bu, iqtisadi imkanların, ərazinin və əhalinin çox olmasının müstəqil siyasət aparılmasına əsas vermədiyini deməkdir. Çünki Kanada Azərbaycandan 10 dəfə çox neft istehsal edir və əhalisi də cəmi dörd dəfə çox olmasına baxmayaraq, ABŞ-nin yeni prezidenti Donald Trampın bir sözü ilə Baş nazir Castin Trüdonun istefa verməsi liderin yerində olmamasının göstəricisidir. Təbii ki, dövlətin gücü onu idarə edən liderin gücündən asılıdır. Ölkə böyük resurslara malik olsa belə, lideri zəifdirsə, o ölkə müstəqil ola bilmir. Bu baxımdan, Avropa İttifaqı da müstəqil siyasət yürüdə bilmir. Yəni yeni formalaşacaq dünya nizamında müstəqil siyasət yürüdən ölkələrin yeri və rolu olacaq. Təbii ki, Azərbaycanın mövqeyi və rolu yeni dünya nizamında açıq şəkildə görünəcək".

Ehtiyatda olan türkiyəli general-mayor Yücel Karauz isə hesab edir ki, yeni dünya nizamı artıq formalaşmaqdadır:

"Bu nizam demokratiya və insan hüquqlarına əsaslanır. Prezident İlham Əliyev də müsahibəsində bununla bağlı vacib mesajlar verdi. O, Rusiya və İranla bağlı mesajlar verməklə yanaşı, Tramp dövründə ABŞ-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmağın da mümkün olacağını, əgər hər iki tərəf maraqlı olsa, ABŞ-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldırmağın mümkünlüyü də vurğuladı. Bu, vacib məsələdir və Cənubi Qafqazda regional gücə çevrilmiş Azərbaycanın həyata keçirdiyi uzaqgörən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir".

"Təbii ki, Tramp dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlərin strateji səviyyəyə qalxması Qafqaz və Mərkəzi Asiya-Türküstan coğrafiyası üçün də mühüm amildir. Bunun üçünsə İlham Əliyevin diplomatik gücü də yetərlidir. Üstəlik, cənab Prezident Azərbaycan xalqının istənilən şəraitdə onun yanında olduğunu dedi ki, bu da vacib amildir. Çünki bir ölkənin siyasi lideri xalqa arxalanmırsa, xalqın dəstəyini hiss etmirsə, özünü xalqdan biri kimi görmürsə, yeni dünya nizamında onun yeri olmayacaq", - deyə general əlavə edib.

Politoloq Rəşad Bayramov isə bildirib ki, dünyada baş verən proseslər - Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqındakı vəziyyət, İsrailin "Hizbullah" və HƏMAS kimi qruplaşmalar ilə bağlı fəaliyyəti, İranın Yaxın Şərq regionundan faktiki olaraq sıxışdırılması cəhdləri, Suriyada Bəşər Əsəd rejiminin çökməsi, dünyanın müxtəlif bölgələrində nüfuz müharibələrinin həyata keçirilməsi, doğrudan da, yeni dünya nizamının formalaşdırılmasından xəbər verir:

"Təbii ki, böyük güclər bu və ya digər regionlarda öz maraqlarını təmin etmək üçün müvafiq fəaliyyətlər həyata keçirirlər. Bu istiqamətdə də təkcə dünyaya təsir imkanı olan aparıcı güclər deyil, həm də ayrı-ayrı regional oyunçular da aktiv şəkildə iştirak edirlər. Biz İkinci Qarabağ savaşından sonra region üçün faktiki yeni imkanlar təqdim etməyi bacardıq. Yəni Ermənistanın kapitulyasiya aktına imza atması nəticə etibarilə region üçün fərqli və yeni imkanlar ortaya qoymuş oldu. Bu baxımdan, Azərbaycan da regional güc olaraq, Cənubi Qafqazda yeni dünya nizamının formalaşmasında fəal şəkildə iştirak edir və belə demək mümkünsə, Cənubi Qafqazda yeni nizamı həyata keçirən ölkə qismində çıxış edir".

"O cümlədən, Yaxın Şərqdə Türkiyənin mövqelərinin güclənməsi və artıq regional oyunçudan qlobal miqyaslı oyunçuya çevrilmək uğrunda atdığı kifayət qədər güclü addımlar da yeni nizamın formalaşdırılması üçün faktiki fəaliyyət ortaya qoyur. Yəni dünyada yeni nizamın formalaşması prosesi gedir və Azərbaycan da bu prosesdən kənarda deyil. Biz, məsələn, Fransanın müstəmləkə siyasətinə qarşı dünyanın müxtəlif yerlərində olan insanların hüquqları və azadlıqları üçün böyük bir platforma təqdim etmişik, Bəşər Əsəd rejiminin çökməsindən sonra Suriyanın böhrandan çıxması üçün dəstək göstərmişik. Ona görə də bu günün Azərbaycanı nəinki 20-30 il bundan qabaq, hətta müharibədən əvvəlki Azərbaycan da deyil, artıq öz sözünü deyə bilən, həm regionda, həm də müxtəlif bölgələrdə fəaliyyət həyata keçirən, prinsipial mövqeyi ilə fərqlənən, təzyiqlərə baxmayaraq öz maraqlarından geri çəkilməyən bir Azərbaycan olaraq mövcuddur. Təbii ki, bütün bu imkanlar, o cümlədən də ölkəmizin yerləşdiyi coğrafi mövqe Azərbaycan üçün yeni imkanlar açır. Bu baxımdan, yeni dünya nizamının formalaşmasında Azərbaycanın da aktiv şəkildə iştirak etdiyini söyləmək mümkündür", - deyə ekspert vurğulayıb.

Ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko isə hesab edir ki, yeni dünya nizamında Azərbaycanın ABŞ-Çin qarşıdurmasında mövqeyi balanslaşdırılmış olmalıdır:

"Çünki Azərbaycan həmişə kifayət qədər balanslı mövqe tutub və birmənalı şəkildə heç bir tərəfi dəstəkləməyib. 2020-ci ildə 44 günlük müharibədən sonra isə Azərbaycan regional liderdən artıq qlobal liderə çevrilib. Təbii ki, Türkiyənin də bu məsələdə mövqeyi çox önəmlidir. Çünki Trampın Prezident Ərdoğana münasibəti də istidir. Bu baxımdan, istisna etmirəm ki, ABŞ-nin 47-ci prezidentinin dövründə Azərbaycan üçün yaxşı fürsətlər olacaq".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Yanvar 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri