Icma.az
close
up
RU
İKT sahəsində əmək müqavilələrinin sayı 34 minə çatıb Agentliyin sədr müavini

İKT sahəsində əmək müqavilələrinin sayı 34 minə çatıb Agentliyin sədr müavini

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gənclərin əmək bazarına inteqrasiyası və rəqəmsal bacarıqlarının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. SİA xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov “İKT Karyera Sərgisi”nin açılışında deyib.

Sədr müavini bildirib ki, dünyada gələcəyin əmək bazarına dair həm nikbin, həm də pessimist yanaşmalar mövcuddur, müxtəlif tədqiqatlar və hesabatlar bu istiqamətdə proqnozlar təqdim edir.

Dünya İqtisadi Forumunun 2025-ci il hesabatına görə, qarşıdakı 5 ildə dünyada ixtisasların 22 faizi struktur olaraq dəyişəcək.

“Şirkətlərin 39 faizi isə bacarıq boşluqlarına görə transformasiyanı lazımınca həyata keçirə bilməyəcək. Bu səbəbdən dövlətlər və korporasiyalar bacarıq boşluqlarını aradan qaldıran xüsusi proqramlara böyük önəm verirlər. Azərbaycanda dövlət qurumları, özəl sektor və ictimai təşkilatlar arasında əmək bazarının inkişafı, gənclərin məşğulluq imkanlarının genişləndirilməsi və onların müasir bacarıqlarla təmin olunması istiqamətində əməkdaşlıq gücləndirilir. Bu əməkdaşlıq gənclərin bilik və bacarıqlarının əmək bazarının tələblərinə uyğun formalaşmasına mühüm təsir göstərir”, - deyə sədr müavini əlavə edib.

Hasil Abbasov qeyd edib ki, tədbirdə informasiya və kommunikasiya sahəsində siyasəti formalaşdıran və icra edən qurumlarla yanaşı, məşğulluq xidmətlərinin təşkili ilə məşğul olan qurumlar və ali təhsil müəssisələrinin iştirakı təsadüfi deyil. Bu, gənclərin peşəkar şəxsiyyət kimi formalaşması prosesində bütün bu institutların mühüm rol oynadığını göstərir: “Gəncləri işəgötürənlərlə eyni platformada bir araya gətirmək, işəgötürənlərin axtardığı səriştəli, bacarıqlı, enerjili, emosional zəka və yumşaq bacarıqlara malik namizədləri daha asan tapmasına imkan yaradır. Bu, dövlətin gənclərin gələcəyinə göstərdiyi qayğının bariz nümunəsidir”.

Sədr müavininin görə, əgər 2020-ci ilə qədər İKT sahəsində əmək müqavilələrinin sayı 26 min idisə, hazırda bu göstərici 34 minə çatıb.

“Agentliyin prioritet sahələr üzrə peşə hazırlığı kurslarının 27 istiqaməti məhz informasiya-kommunikasiya texnologiyalarına aiddir ki, bu da gənclərin əmək bazarına daha sürətli adaptasiyasına xidmət edir. 2019–2030-cu illəri əhatə edən Məşğulluq Strategiyası gənclərin əmək bazarında transformasiyası, rəqəmsal texnologiyalardan səmərəli istifadə etməsi və peşəkar inkişafı üçün əsas hədəfləri müəyyənləşdirir. Formal təhsillə yanaşı, qeyri-formal və informal öyrənmə imkanlarının genişləndirilməsi də gənclərin rəqabətqabiliyyətliliyinin artırılmasında mühüm rol oynayır. Sizin gələcəyiniz üçün yalnız formal təhsil deyil, əlavə bilik və bacarıqların qazanılması, fərdi inkişaf və rəqəmsal trendlərə uyğunlaşma əsas şərtlərdəndir”, – deyə Hasil Abbasov qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Noyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see205

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see205

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see141

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see141

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see131

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri