İlk dəfə kikboksinq üzrə “Şuşa Kuboku 2024” idman yarışı təşkil olunacaq
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Kikboksinq Federasiyası, Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi, həmçinin “Legoner” kikboksinq idman klubunun, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin və “Sportdata Event Technology”-nın təşkilatçılığı ilə ilk dəfə kikboksinq üzrə “Şuşa Kuboku 2024” idman yarışı təşkil olunacaq.
“Şuşa Kuboku 2024” Kikboksinq idman yarışı Şuşanın və milli döyüş irsimizin şərəfinə baş tutacaq. Həm həvəskar, həm də peşəkar döyüşçülərin iştirak edəcəyi turnirdə güc və əzm nümayişi gözlənilir.
Qeyd edək ki, kikboksinq idman yarışı üzrə Azərbaycanda ilk dəfə müasir innovativ xal vermə texnologiyası tətbiq olunacaq – xal hesablanması elektron şəkildə aparılacaq və nəticələr real vaxtda izlənə biləcək.
Turnirin rəsmi açılış mərasimi 30 noyabr, saat 14:00-da Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 27 Noyabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















