İmamoğlunun məhkəməsi: hakim zalı boşaltmağı əmr etdi
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı açılan “korrupsiya” işi üzrə ilk məhkəmə prosesində yaşanan gərginlik səbəbindən iclas dayandırılıb.
Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, əsas təqsirləndirilən şəxs, İBB-nin sabiq sədri Əkrəm İmamoğlunun istintaqında 105-i həbsdə, 7-si axtarışda olmaqla, cəmi 402 müttəhim mühakimə olunur.
Gərginliyin səbəbi Ə.İmamoğlunun oturduğu müttəhim yerindən yox xitabət kürsüsündən çıxış etmək istəməsi olub. Məhkəmə sədri ona “Əkrəm İmamoğlu, kürsüdən çıxış etməyə sən qərar verə bilməzsən. Belə davam etsən, salondan çıxarılacaqsan”, deyə xəbərdarlıq edib.
Lakin Ə.İmamoğlu danışmağa davam edib. Daha sonra məhkəməni izləmək üçün salona buraxılan şəxslərin etirazı gərginliyi artırıb. Nəticədə məhkəmə sədri jandarmaya salonu boşaltmaq əmri verib. CHP təmsilçiləri isə zaldan çıxmamaqda israrlı olublar.
Proses zamanı məhkəmə binası və ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb. 1 km raduisda yürüş keçirmək, plakat qaldırmaq, foto-video çəkilişi və simvollu geyimlərlə prosesə gəlmək qadağan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 09 Mart 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















