Icma.az
close
up
RU
İndi onu bütün Azərbaycan tanıyır, elə ermənilər də...

İndi onu bütün Azərbaycan tanıyır, elə ermənilər də...

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məncə, insanda ən gözəl xüsusiyyətlərdən biri yanlışını anlamaq, etiraf etmək və incitdiyin adamlardan üzr istəməkdir. Bu, hər kəsə rahatlıq gətirir və səhv edən adamı da ucaldan davranışdır.

Amma bu nadir xarakterdir. Bunu yalnız düşüncəsi təmiz, ürəyi geniş və içində xəbislik olmayanlar bacarır.

Əksi isə saysız, hesabsızdır. Adamlar yanlış etdiyini bilə-bilə öz yanlışların milyon bəhanələrlə haqq qazandırmağa çalışırlar. Özlərini hamının gözündən salır və dibə yuvarlanırlar. Endikcə, enirlər. O dibin sonu yoxdur ki... Və guya elə bilirlər ki, bununla özlərinin haqlı olduğunu kimlərəsə sübut edirlər və rahatlıq tapırlar. Əfsanədir. Elə adamlar heç vaxt rahatlıq tapa bilmirlər. O yanlışları onu hər yerdə qarabaqara izləyir. Başda əyiklik, gözdə kölgə göz çıxarır.

Hansı ki, bircə jest bütün bu psixoloji dramanı sona çatdıra bilər.

Təəssüf ki, son günlər bir jurnalistin məcburi köçkünlərlə bağlı işlətdiyi yersiz ifadə gündəmi zəbt edib. Məqsədlidirmi, ya girişdə qeyd etdiyim kimi, sadəcə ağızdan çıxan yanlış bir ifadədirmi, bilmirəm. Amma həmin ifadəyə dəstək verənlərin aktiv fəaliyyəti, oxşar mövqeni paylaşmaq göstərir ki, bu, təsadüf deyil. Onların bu fəaliyyəti sayəsində artıq mövzu Ermənistan mediasında da işıqlandırılır. Bəlkə də, proses hansısa qüvvələr tərəfindən idarə olunur. Nə bilmək olar. Onların bu dirənişi belə bir təəssürat yaradır.

Köçkünlərlə bağlı aşağılayıcı ifadəni işlədən jurnalist işdən azad edilib. Səmimi, əlimi vicdanımın üstünə qoyub deyirəm. O jurnalist işdən azad edilənə kimi ölkəmdə belə bir həmkarımın olmasından xəbərsiz idim. Amma indi onu bütün Azərbaycan tanıyır. Elə ermənilər də. Bu da tanınmağın bir yoludur. Allah kəssin belə tanınmağı demək istəyirəm...

Gələk qalmaqal olan ifadələrə. Guya ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəmirlər, guya onlar öz evlərinin işğal olmasına dünəndən razı imişlər...

Heç bir canlı öz doğulduğu torpaqdan ayrılmaq istəməz. İstər ağac olsun, istər heyvan, istərsə də şüurlu insan. Müşahidə etmisinizmi, hansısa bir ağacın, bitkinin yerini dəyişdikdə o uzun müddət özünə gələ bilmir. Onun yeni “evi”ni sevməsi üçün xeyli müddət zaman olur. Hansısa bir quşu palçıqdan olan yuvasından ayırıb gözəl bir evə gətirmək də eynidir. O quş o evə öyrəşə bilmir, çırpınır, çırpınır, yuvasına qayıtmaq istəyir. İnsan bu canlılardan daha həssas bir varlıqdır. İndi görün, onu öz yuvasından, evindən ayırmaq nə qədər ağır olur. Ayırmaq deyirəm, bu ayırmaq deyildi axı. İşğal idi, evinin darmadağın olması idi, bütün ömrü boyu qurub-yaratdıqlarının yağmalanması idi.

Köçkünlərin özlərinə gəlməsi üçün həqiqətən də onillər lazım oldu.

İndi deyirlər ki, guya kimlərsə Qarabağa qayıtmaq istəmir. Yalandır. O torpaqda doğulan, böyüyən heç kim belə bir mövqedə deyil. Ola bilər ki, məcburi köçkün kimi doğulan, Bakıda və ya başqa bir zonada böyüyən, özünə həyat, iş, karyera quran yeni nəsildən kimlərsə qayıtmaq istəməsin. Buna analayış göstərmək nə çətin işdir ki?

Sadə bir fakt deyim. Yenisabah.az saytında Qarabağa köçlə xəbərlərin şərh bölməsinə hər gün yüzlərlə rəy gəlir. Hər biri öz evinə qayıtmaq üçüm müraciət edir, telefon nömrəsi yazır, növbəti köç zamanı onların da ailəsinin qaytarılmasını xahiş edir. İnanmayan saytı açıb baxa bilər.

Başqa bir məsələ, Qarabağdan olan və şəxsən tanıdığım neçə nəfər məndən xahiş edib ki, öz kəndinə, öz rayonuna qaytarılmasını tezləşdirmək üçün mümkün ola biləcək dəstəyi göstərim. Onların bir neçəsinin müraciətini Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyevə çatdırmışam. Adamlar sadəcə öz vətənlərinə getmək istəyirlər. Getmək istəyənlərin də, getmək istəməyənlərin də o qədər haqlı səbəbləri var ki... Onları anlamaq üçün sadəcə anlayışlı olmaq lazımdır. Qaragüruhçuluq etməyin yeri yoxdur.

Ritorikası ilə Qabil Məmmədova oxşamaq istəyən adamlara demək istəyirəm ki, TƏBRİKLƏR! Bunu bacardınız. Hətta ermənilər də sizdən danişır. Barı, indi susun...

Elnur Məmmədli /yenisabah.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri