İndiyədək Bakı Tbilisi Ceyhan kəməri ilə 4,7 milyard bareldən çox neft nəql edilib
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Bu vaxtadək Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə 4,7 milyard bareldən çox xam neft nəql olunub.
bp şirkətindən AZƏRTAC-a bildirilib ki, ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təxminən 75 milyon dollar, əsaslı xərclərə isə 57 milyon dollar vəsait sərf olunub.
1768 kilometr uzunluğunda olan BTC 2006-cı ilin iyun ayında istismara veriləndən cari ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 631 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 6276 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Bu ilin ilk altı ayı ərzində isə BTC vasitəsilə ixrac olunmuş təqribən 13 milyon ton (təxminən 97 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 131 tankerə yüklənib və yola salınıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
Bu il iyulun 1-dən BTC boru kəmərinin operatorluğu, həmçinin həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə əlaqədar ümumi fəaliyyətlərin operatorluğu “BP Exploration (Caspian Sea) Limited” şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə keçib.
Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları - bp (30,10%), SOCAR (32,97%), “MOL” (8,90%), “TPAO” (6,53%), “Eni” (5%), “TotalEnergies” (5%), “ITOCHU” (3,40%), “ONGC Videsh” (3,10%), “ExxonMobil” (2,50%) və “INPEX” (2,50%) şirkətləridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 06 Avqust 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















