Icma.az
close
up
RU
İnfarkt olmamaq üçün ispanaq yeyin

İnfarkt olmamaq üçün ispanaq yeyin

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

İspanaq qış aylarının əvəzolunmaz tərəvəzlərindən biridir.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, digər yaşıl yarpaqlı tərəvəzlər kimi ispanaq da sağlamlığımıza, xüsusən də xəstəliklərdən qorunmağa mühüm töhfələr verir.

İspanağın tərkibində bol miqdarda C, E və B vitaminləri, maqnezium, dəmir və kalsium var. Buna görə də yüksək qida dəyərinə malikdir.

İspanaq tərkibindəki A vitamini sayəsində göz sağlamlığı üçün faydalıdır. Bu tərəvəz sağlamlıq üçün riskli olan laxtalanmanı yavaşladır. C vitamini ilə çox zəngin olan ispanaq ürək-damar xəstəlikləri riskini azaldır. Kalium və liflə zəngin olduğu üçün qan təzyiqini tənzimləyir, xolesterini aşağı salır, ürək əzələsinin nizamlı işləməsini təmin edir.

İspanaq digər yaşıl yarpaqlı tərəvəzlərdən daha çox protein ehtiva edir. Yüksək qan təzyiqini aşağı salmaqda faydalıdır. Tərkibindəki zəngin lif miqdarı ilə qəbizliyin qarşısını alır.

İspanağın digər əhəmiyyətli təsiri xərçəngə qarşı qoruyucu təsir göstərməsidir. Bundan başqa, Alzheimer xəstəliyinə qarşı qoruyucu təsiri olan ispanaq tərkibindəki beta karotin və fol turşusu sayəsində yaddaşı gücləndirir və Alzheimerin inkişaf ehtimalını azaldır.

Davamlı ispanaq istehlakı həm də əzələləri gücləndirir. Həmçinin qaraciyərin təmizlənməsinə kömək edir. İspanağın tərkibindəki maqnezium maddələr mübadiləsini sürətləndirir.

Tərkibindəki antioksidantlar sayəsində ispanaq stresslə mübarizə apara bilir və stressin bədəndə verə biləcəyi zərərləri azaldır.

Araşdırmalara görə, qadınların xüsusilə hamiləlik dövründə ehtiyac duyduqları fol turşusunu əldə etmələrinin ən təbii yolu ispanaq yeməkdir. Çünki ispanaqda bol fol turşusu var.

Arıqlamaq istəyənlərin pəhriz siyahısına mütləq yer almalı olan bu tərəvəz uzun müddət tox saxlayaraq arıqlamağa dəstək olur.

İspanağın digər bir faydası da sümüklərin inkişafına töhfə verməsidir. İspanağın tərkibində olan K vitamini menopozdan sonra osteoporoz ehtimalını azaldır.

İspanağın tərkibindəki antioksidanlar da bədəndəki oksidləşdirici stressi azaltmağa kömək edir. Eləcə də, dərinin sağlamlığına töhfə verir. 

İspanağı bişirməzdən əvvəl çox diqqətlə yumaq lazımdır. Çünki kökləri və yarpaqları da çoxlu torpaq qalıqlarını ehtiva edir. İspanağı yuduqdan sonra bir müddət sirkəli suda islatmaq olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Noyabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri