Icma.az
close
up
RU
İnfarktdan əvvəl ürək necə ağrıyır?

İnfarktdan əvvəl ürək necə ağrıyır?

Icma.az, News24 saytına istinadən bildirir.

İnfarkt həm dünyada, həm də Azərbaycanda vaxtsız ölümün əsas səbəblərindən biri olaraq qalır.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, həkimlər daim xatırladır: ürək sağlamlığını qorumaq üçün balanslı qidalanmaq, fiziki aktiv olmaq, daha çox təmiz havada vaxt keçirmək və mütəmadi olaraq kardioloq müayinəsindən keçmək vacibdir.

İnfarktdan əvvəl ürəkdə ağrı necə hiss olunur?

İnfarktın ən səciyyəvi əlaməti

Həkimlərin sözlərinə görə, infarktın ən xarakterik əlaməti – qəfil başlayan, son dərəcə kəskin sinə ağrısıdır. Bu ağrı yanma, gərilmə və içəridən sıxılma hissi ilə müşahidə olunur.

Ağrı sol çiyinə, kürək sümükləri arasına, boyuna və ya qol boyunca aşağıya yayılaraq hiss edilə bilər. Bütün bu əlamətlər ürək əzələsinin oksigen çatışmazlığı ilə bağlıdır.

Bu ağrı dərinlikdə yerləşir, çox güclü yanma hissi verir. Bu, miokard (ürək əzələsi) toxumasının oksigen çatışmazlığından əziyyət çəkməyə başlaması ilə bağlıdır

Bəzi insanlarda ağrı olmaya bilər

Həkimlər qeyd edirlər ki, şəkərli diabetin ağır forması olan şəxslərdə infarkt zamanı ağrı ya zəif olur, ya da ümumiyyətlə müşahidə olunmur. Belə hallarda infarkt aşağıdakı əlamətlərlə özünü göstərə bilər:

Ani zəiflik,

Qan təzyiqinin düşməsi,

Ürək ritminin pozulması,

Soyuq və yapışqan tər.

İnfarkt ağrısının fərqli xüsusiyyəti

Bu ağrının fərqli xüsusiyyəti ondan ibarətdir ki, bədən vəziyyəti dəyişsə belə, ağrının xarakteri dəyişmir – nə azalır, nə də yüngülləşir.

İnfarktdan şübhələnirsinizsə nə etməli?

Həkimlərin tövsiyələri:

Dərhal uzanmaq (horizontal vəziyyət almaq),

Dil altına 1 tablet nitroqliserin qoymaq və ya heç olmasa

1 aspirin çeynəmək,

Təcili yardım çağırmaq.

İnfarktın diaqnostikası və müalicəsi

Diaqnoz elektrokardioqramma və ürək markerləri üçün qan testləri ilə təsdiqlənir. Koronar angioqrafiya nə qədər tez aparılsa və tıxanmış arteriyaya stent qoyulsa, ürəyi çapıqsız saxlamaq şansı bir o qədər yüksək olar.

Müalicə

Nə qədər tez koronar angioqrafiya aparılıb tıxanmış arteriyaya stent yerləşdirilərsə, ürəyin çapıq olmadan qorunma şansı bir o qədər yüksəkdir.

Qadınlarda infarkt riski nə vaxt artır?

Həkimlər əlavə edirlər ki, infarkt qadınlarda kişilərə nisbətən daha az rast gəlinir. Bu, qadın hormonlarının qoruyucu təsiri ilə izah olunur. Lakin menopauzadan sonra bu təbii müdafiə mexanizmi itir və ürək xəstəlikləri riski əhəmiyyətli dərəcədə artır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 Avqust 2025 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see506

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see408

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see314

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see281

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see271

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see240

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see237

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see223

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see218

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see198

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see190

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see187

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see186

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see183

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see183

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see182

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see175

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see167

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see165

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri