Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Kənddə yaşayanların diqqətə Bu 10 qaydanı bilməlisiniz

İnformasiyanın istehsalı və istehlakında onsuz olmur, onunla da olmur deyə biləcəyimiz bir mərhələdəyik

İnformasiyanın istehsalı və istehlakında onsuz olmur, onunla da olmur deyə biləcəyimiz bir mərhələdəyik

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Onsuz olmur, onunla da olmur”

Mətbuat uzun və mürəkkəb tarixi ərzində çoxlu dəyişikliklərə məruz qalıb. Alimlər adətən eramızdan əvvəl 59-cu ildə ilk qəzet olan Acta Diurna və ya gündəlik işlərin nəşri ilə qədim romalılara borcludurlar. Bu qəzetin heç bir nüsxəsi qalmasa da, hadisələrin, məclislərin, doğumların, ölümlərin və gündəlik dedi-qoduların xronikalarını dərc etdiyi deyilir.

1566-cı ildə İtaliyanın Venesiya şəhərində müasir qəzetin başqa bir əcdadı meydana çıxdı. Bu qəzetlər əl ilə yazılmış və siyasət və hərbi münaqişələrə yönəldilmişdi. Lakin mətbəə texnologiyasının olmaması həm Acta Diurna, həm də Venesiya qəzetlərinin tirajını xeyli məhdudlaşdırdı.

Bu gün mətbuatı üstələmiş sosial media platformaları var. Və nə qədər acınacaqlı olsa da, hamı yazır, hamı danışır. Yəni artıq ənənəvi media sosial mediaya uduzma prosesini yaşayır. Bunu bir təkamül prosesi kimi qəbul edənlər olsa da, reallıq heç də yaxşı görünmür. Proses bu istiqamətdə davam edərsə, bir müddət sonra ənənəvi media haqqında danışanda “bir zamanlar var idi” ifadələrini istifadə edəcəyik ki, bu heç də xoş olan hal deyil...

Media eksperti Azər Həsrət Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, informasiya daşıyıcıları təkamül prosesi keçiblər.

"Bir zamanlar daşa, qayaya yazılıb, ötürülən informasiya, sonra papirusa yazıldı, daha sonra kağızı icad edildi. Ondan öncə gil lövhələr də vardı. Yavaş-yavaş bu təkamül prosesi sürətlənməyə başladı. XX yüzilliyin sonlarına doğru təkamül prosesi daha da sürətləndi. Artıq günümüzdə informasiya daşıyıcıları o qədər geniş şaxələnib və əlçatan olub ki, informasiya istehlakçıları artıq özləri də informasiya istehsalçısına rahat bir şəkildə çevrilə bilir. Yəni bu gün istənilən şəxs sosial media üzərindən özünü rahat bir şəkildə ifadə edə, əlindəki informasiyanı çox çevik bir qaydada paylaşa bilər. Və bu, əlbəttə ki, həm dövlətlərin konstitusiyaları, həm də beynəlxalq qayda qanunlarla tənzimlənən məsələdir. Yəni heç kim heç kəsə bu məsələdə yasaq tətbiq edə bilməz. Çox güclü bir təkamül prosesi keçmişik və bundan sonra nə olacaq, necə olacaq, bunu da proqnozlaşdırmağa çətinlik çəkirik. Məsələn, bir neçə il bundan öncə biz süni intellektin jurnalistləri əvəz edəcəyini, insanları əvəz edəcəyini əminliklə deyə bilmirdik. Müəyyən fikirlər səsləndirirdik. Amma indi aradan keçən bu qısa müddət ərzində artıq bütün dünyada süni intellektdən istifadə edilir. Sabah nə icad olunacaq, bunu da deyə bilmirik”-deyə Azər Həsrət qeyd edib.

“İnformasiya daşıyıcılarının forması dəyişə bilər, amma insanın informasiya tələbatı heç vaxt dəyişən deyil. Mütləq insanların informasiyaya tələbatı olacaq və informasiya bilgi olan yerdə də cəhalətə avamlığa, nadanlığa, nankorluğa yer yoxdur. Bunu anlayan zərərli tərəflər də informasiyanın qarşısına dezinformasiyanı çıxarıblar. Təəssüflər olsun ki, bir tərəfdə mütərəqqi informasiyanın əlçatanlığı operativliyi, digər tərəfdə də ona qarşı dezinformasiya, öz növbəsində əlçatan və operativ şəkildə tətbiq olunur. Yəni dünyanın insanlığın beyni qarışır. Yaxın gələcəkdə bunun hansı fəsadlarının olacağını düşünəndə belə insan dəhşət içinə düşür. Həqiqətən də bu mərhələyə gəlib çatmışıq. Zərərli bir mərhələdir bir tərəfdən, amma eyni zamanda xeyirlidir, “onsuz olmur, onunla da olmur” deyə biləcəyimiz bir mərhələdəyik”-deyə Azər Həsrət bildirib.

Azər Həsrət vurğulayıb ki, yeni texnologiyalarla, yeni informasiya daşıyıcılarıyla hər birimiz tanış olmalı, ondan istifadə etməliyik.

“Bununla bərabər süni intellekt meydana girdikdən sonra biz şəxsi həyatımızı da həddən artıq ictimailəşdiririk. Özümüz bir kənarda qalmışıq, bütün dünyanın görə biləcəyi bir şəkildə hər şeyimizi açıb ortaya qoyuruq. Yaxşıdırmı? Əlbəttə ki, yaxşı deyil. Lakin onsuz da olmur”-deyə ekspert qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 İyul 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see219

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see217

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see214

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see178

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see171

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see157

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see155

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see146

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see145

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see143

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see142

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see140

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see135

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see133

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see130

Kənddə yaşayanların diqqətə Bu 10 qaydanı bilməlisiniz

13 Yanvar 2026 03:24see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri