İngiltərə millisinin futbolçusu qələbə sevincində zədələndi
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Henderson DÇ-2026-nın 1/8 finalında Meksika üzərində qazanılan 3:2 hesablı qələbədən sonra zədələnib.
QOL.az xəbər verir ki, matçda forma geyinməyən təcrübəli futbolçu final fitindən sonra komanda yoldaşları və azarkeşlərlə birlikdə qələbəni qeyd etmək üçün meydana çıxıb.
Lakin sevinc zamanı Henderson reklam lövhəsinin üzərindən tullanarkən uğursuz eniş edib və xəsarət alıb. Bundan sonra meydana dərhal tibbi briqada daxil olub. İngiltərə millisinin futbolçuları həkimlər gələnədək Hendersonun ətrafında dairə yaradaraq onu qoruyublar.
Nəticədə yarımmüdafiəçi xərəkdə meydandan çıxarılıb. Onun zədəsinin dərəcəsi hələlik açıqlanmayıb.
Qeyd edək ki, İngiltərə millisi Meksikanı 3:2 hesabı ilə məğlub edərək DÇ-2026-nın 1/4 finalına yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 06 İyul 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















