Icma.az
close
up
RU
İngiltərə Premyer Liqası: London derbisi, Bakıya səfər ərəfəsində sınaq və hazırkı çempionun böhranı İN TƏHLİLİ

İngiltərə Premyer Liqası: London derbisi, Bakıya səfər ərəfəsində sınaq və hazırkı çempionun böhranı İN TƏHLİLİ

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Bu həftəsonu dünyanın ən güclü futbol liqası olan İngiltərə Premyer Liqasında X turun görüşləri baş tutacaq.

İdman.Biz-in məlumatına görə, IX turdan sonra “Arsenal” bir qədər irəliləyərək liderliyini qoruyub və ümumilikdə Artetanın komandası hələlik ən sabit təsir bağışlayan kollektivdir.

Bununla belə, yaxın izləyicilər çox uzaqda deyil və “topçular”ın istənilən uğursuzluğu rahat üstünlüyün itirilməsinə gətirib çıxara bilər.

“Tottenhem” - “Çelsi” (1 noyabr)

London derbisi Bakı ab-havasında keçəcək: “Çelsi” artıq 5 noyabrda Çempionlar Liqasında “Qarabağ”la oyuna görə Bakıya gələcək. Buna görə də “Tottenhem Hotspur Stadium”dakı matç “zadəganlar” üçün Tofiq Bəhramov stadionunda oyun ərəfəsi ümumi sınaq xarakteri daşıyır.

Tomas Frankın komandası həftəiçi Liqa Kubokundan kənarlaşdırılıb və baş məşqçi sıx oyun təqvimindən açıq şəkildə şikayətlənib, lakin “Çelsi”yə qarşı ilk dəqiqələrdən fəal oynamalı olduqlarını bildirib. “Totenhem” müdafiə baxımından müsbət xəbərlərlə diqqət çəkir - Kristian Romero və Destini Udoci artıq komandaya dönüblər.

“Çelsi”də isə yeni gərginlik yaşanır: Liqa Kubokunda “Vulverhempton”la 4:3 hesablı gərgin oyundan sonra baş məşqçi Enso Mareska Liam Delapın meydandan qovulmasını “çox axmaq hərəkət” adlandırıb və fasilədən sonra komandasının əsəbi oyununa görə narazılığını bildirib. Bu, Bakıdakı qarşılaşma öncəsi vacib siqnaldır - məşqçinin özü etiraf edib ki, futbolçular 3:0 öndə olsalar da, “panikaya düşüblər”. Deməli, “zadəganlar”ın oyununda müəyyən inamsızlıq hiss olunur və “Tottenhem”lə qarşılaşma onun təsadüfi hal, yoxsa sistemli problem olub-olmadığını göstərəcək.

“Mançester Siti” – “Bornmut” (2 noyabr)

X turun qarşılaşması öncəsi “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola Erlinq Halandın oynamağa hazır olduğunu, Rodrinin isə bud əzələsindəki zədədən sonra heyətə qayıda biləcəyini təsdiqləyib. Bu, artıq səkkiz turdur məğlub olmayan Andoni İraolanın komandası qarşısında güc balansını ciddi şəkildə dəyişir.

İndiki “Bornmut” müdafiədə dərindən oynamır, dalğavari pressinq tətbiq edir və İraolanın “təşkil olunmuş xaos” adlandırdığı sistemdə oynayır. Bu, baş məşqçinin “Rayo Valyekano”dakı dövründən bəri ən aqressiv oyun planlarından biridir və hazırda turnir cədvəlindəki ikinci yer tamamilə haqlı görünür.

“Liverpul” – “Aston Villa” (2 noyabr)

Hazırkı çempion ağır dönəmdən keçir: “Liverpul” İngiltərə Premyer Liqasında ardıcıl dörd oyundur uduzur və bütün turnirlər üzrə son səkkiz matçın altısında məğlub olub. Arne Slot matçdan əvvəl komandanın hücum futbolundan imtina etməyəcəyini bildirib, amma təzyiq və heyət problemlərini etiraf edib. “Qırmızılar”da Rayan Qravenberxin qayıtması mümkündür, lakin bir neçə futbolçu hələ də zədəlidir.

Əksinə, Una Emrinin komandası yüksəlişdədir: “Aston Villa” Premyer Liqada ardıcıl dörd qələbə qazanıb və “Enfild”ə yaxşı forma və top­suz oyunda yüksək intizamla gəlir.

Turun digər oyunları:

“Brayton” – “Lids” (1 noyabr)

“Bernli” – “Arsenal” (1 noyabr)

“Kristal Pelas” – “Brentford” (1 noyabr)

“Fulhem” – “Vulverhempton” (1 noyabr)

“Nottinqem Forest” – “Mançester Yunayted” (1 noyabr)

“Vest Hem” – “Nyukasl” (2 noyabr)

“Sanderlend” – “Everton” (3 noyabr)

Turnir cədvəli:

“Arsenal” – 22

“Bornmut” – 18

“Tottenhem” – 17

“Sanderlend” – 17

“Mançester Siti” – 16

“Mançester Yunayted” – 16

“Liverpul” – 15

“Aston Villa” – 15

“Çelsi” – 14

“Kristal Pelas” – 13

“Brentford” – 13

“Nyukasl Yunayted” – 12

“Brayton” – 12

“Everton” – 11

“Lids” – 11

“Bernli” – 10

“Fulhem” – 8

“Nottingem Forest” – 5

“Vest Hem” – 4

“Vulverhempton” – 2

Teymur Tuşiyev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Noyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri