Icma.az
close
up
RU
İnsan hüquqları sahəsində Azərbaycan nümunəsi ANALİZ

İnsan hüquqları sahəsində Azərbaycan nümunəsi ANALİZ

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi hər şeydən əvvəl respublikada vətəndaşların hüquqlarından, qanunun aliliyindən asılıdır. Demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizmlə bərabər, insan azadlığı şəraitində hər bir vətəndaşın söz, vicdan, din, sahibkarlıq, mülkiyyətçilik, seçib-seçilmək kimi hüququnu təminetmə fonunda baş verir.

Demokratik dövlət yolunda hüquq təminatı

Demokratik, hüquqi dövlət qurmaq, əsaslı islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunun aliliyini, asayişi təmin etmək lazımdır. Azərbaycanda yaşayan hər bir vətəndaş milliyyətindən, dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq demokratik azadlığa və hüquqlara malikdir. Təsadüfü deyil ki, ölkəmiz dünyada tolerant siyasətlə idarə edilən, habelə tolerant yaşayışın təmin edilməsi ilə məşhur olan azsaylı ölkələrdəndir.

İnsan hüquqları bir dövlətin əsasını təşkil edən, o dövləti daim güclü edən demokratik proseslərin təməl daşıdır. Çünki vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik-hüquqi dövlət quruculuğu, bilavasitə insan hüquq və azadlıqlarının möhkəm təminatının bünövrəsi üstündə mümkündür. Bir ölkədə vətəndaşın hüquqi azadlığı yoxdursa, o ölkənin idarəetməsində, siyasətində çatlar yaranacağı mütləqdir.

Azərbaycanda insan hüquq və azadlıqları, humanizm, ədalət prinsipləri həmişə üstün səviyyədə qorunub. İstənilən sahədə insanların hüquqlarının qorunması, azadlıqlarının məhdudlaşdırılmaması, hüquq islahatları, məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı fərman və sərəncamların imzalanması da məhz bu prinsiplərə xidmət edir.

İnsan, vətəndaş, hüquq faktoru

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi gündən etibarən, respublikamızda demokratik-hüquqi dövlət quruculuğu prosesini insan hüquqlarının təmin edilməsi kontekstində səciyyələndirib. O bütün çıxışlarında insan faktorunun, onun hüquqlarının demokratik bir cəmiyyətin təməl daşı olduğunu qeyd edirdi: “Biz demokratiya yolunu seçmişik, demokratiyanı da inkişaf etdiririk. Biz insan haqlarını təmin etmişik. Azərbaycanda mətbuat azadlığı, vicdan azadlığı, söz azadlığı tamamilə təmin olunub, siyasi plüralizim hökm sürür. Ölkəmizdə hər şey demokratik prinsiplər əsasındadır”.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan öz inkişaf yolunda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasətində nəzərdə tutulan hər xırdalığa xüsusi diqqət ayırdı. Ulu Öndər tərəfindən bir sıra mühüm əhəmiyyətə malik fərman və sərəncamlar imzalanması, ölkəmizdə insan hüquqlarının qorunması və təmin edilməsi siyasətinin həyata keçirilməsi, bu sahədə milli mexanizmlərin təkmilləşdirilməsi də bu qəbildən görülən işlərdəndir.

Azərbaycan Respublikası Prezidentinin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il tarixli Fərmanı Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi baxımından əhəmiyyətli yer tutur. Həmin Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Beynəlxalq Dövlətlər Birliyinin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğunun özünün inkişaf yolunu seçib.

Yeni sistem, yeni hakimiyyət, yeni hüquqlar

Məlumdur ki, 80-ci illərin axırlarında- 90-cı illərin əvvəllərində Azərbaycanda insan hüquqlarının kütləvi surətdə pozulması fonunda hökm sürən xaos milli, dini, hüquqi məhdudiyyətlərə gətirib çıxarmışdı. İnsanlar öz konstitusion hüuqlarından istifadə edə bilmir, azadlıqları məhdudlaşdırılır, hüquqları əllərindən alınırdı. Respublika idarəetməsində hökm sürən qarışıqlıq birbaşa cəmiyyətə, insanlara təsir göstərirdi.

Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra insan hüquqlarının, qadınların, uşaqların, milli və dini azlıqların hüquqlarının müdafiəsinə dair dövlət proqramlarının, layihələrin işlənib hazırlanması birinci vəzifə oldu. Pərakəndə halda, harda gəldi məskunlaşan qaçqınların və məcburi köçkünlərin yaşama, təhsil, iş kimi hüquqları təmin edildi, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iqtisadi və sosial hüquqları istiqamətində dövlət proqramları hazırlandı.

Bundan əlavə, İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili (Ombudsman) postunun təsis olunması, insan hüquq və azadlıqlarının müdafiəsini həyata keçirən dövlət orqanlarının yaradılması bu sahədə ən böyük işlərdən biridir. Ombudsman institutunun fəaliyyəti ölkədə vətəndaşların hüquqlarının dövlət tərəfindən təmin edilməsini və bəzi vətəndaşların pozulmuş hüquqlarının bərpası işlərini həyata keçirir və bu səbəbdən də əhali arasında dövlətin əsas hüquqi yardım mərkəzi statusunu daşıyır.

Həmçinin, hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ-hüquqi aktların, insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi kimi işlər, insan hüquqlarının qorunması sahəsində hüquqi mexanizmlərin təkmilləşdirilməsi və tətbiq edilməsi Heydər Əliyevin Azərbaycanda insan hüquqları istiqamətində gördüyü əvəzsiz işlərdəndir.

İnsan hüququna xidmət edən İnstitut

1998-ci ildə, Heydər Əliyevin hakimiyyəti dövründə İnsan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsi məqsədilə Azərbaycan Elmlər Akademiyasının nəzdində İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradılması isə onun Azərbaycan vətəndaşlarına söz verdiyi hüquqi dövlətin təməlinin möhkəmləndirilməsi istiqamətində atdığı ən qətiyyətli addımlardan oldu.

Ümumiyyətlə, Heydər Əliyevin bu istiqamətdə yürütdüyü siyasət, imzaladığı fərman və sərəncamlar, insan hüquqlarının qorunması sahəsində bütün istiqamətləri əhatə edirdi. İnkişaf üçün demokratiya yolunu rəhbər tutan ulu öndər Azərbaycan cəmiyyətində insan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi məqsədilə 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramını təsdiq etdi.

Bundan əlavə, insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirilən siyasətin istiqamətləndirilməsində Azərbaycan Prezidentinin "BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyinin keçirilməsi haqqında" 16 aprel 1998-ci il, "İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında" 30 noyabr 1998-ci il tarixli, Azərbaycan Respublikası hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında qarşılıqlı anlaşma haqqında memoranduma əsasən, razılaşdırılmış layihələr üzrə Azərbaycan Respublikası tərəfindən əlaqələndirici şəxs barədə sərəncamları da böyük çəkiyə və əhəmiyyətə malik idi.

İnsan hüquqları və ölüm cəzası

1998-ci il fevralın 10-da müvafiq sərəncamla Azərbaycanda ölüm hökmünü məhz Heydər Əliyev ləğv edib. Həmin sərəncamdan sonra, əvvəllər barələrində ölüm hökmü çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzləndi. Bu, Azərbaycan dövlətinin insan hüquqlarının müdafiəsi və təmin olunması siyasəti çərçivəsində həyata keçirilən ən mühüm addımlardan idi.

Statistik məlumatlara görə, 1988-1993-cü illər ərzində 32 nəfər haqqında ölüm hökmü icra olunub. Onlardan 8 nəfər haqqında hökm 1993-cü ildə Prezident fərmanları əsasında icra edilib. 1993-cü ilin iyun ayından ölkə rəhbərliyinə qayıtmış Heydər Əliyev vəd etdiyi demokratik və humanist ölkə quruculuğu üçün Azərbaycanda ölüm hökmünün icrasına moratorium qoyur, 10 fevral 1998-ci il tarixli Qanunla isə tamamilə ləğv edir.

Bu addım Azərbaycan dövlətinin, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə humanist və demokratik yola qədəm qoyduğunu, ölkədə insan hüquqlarının qorunmasının necə böyük dəyər olduğunu bir daha təsdiq edir. Azərbaycanda insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi, onların həyata keçirilməsinin təmin edilməsi, bu hüquqların pozulmasının qarşısının alınması istiqamətində aparılan dövlət siyasətinin həyata keçirilməsində icra hakimiyyəti orqanlarının üzərinə böyük vəzifələr qoyan ulu öndər hər bir dövlət orqanının bu istiqamətdə məhsuldar işləməsini tələb edirdi.

Heydər Əliyev vətəndaşların əmək, azad sahibkarlıq, istirahət, mənzil, sosial təminat, ekoloji, təhsil, tibbi yardım almaq və digər hüquqların müdafiəsinə ciddi nəzarət mexanizmi yaratdı və özündən sonra da bu mexanizmi İlham Əliyevə təhvil verdi. Prezident İlham Əliyev bir layiqli siyasi varis kimi bu mexanizmi daha da təkmilləşdirərək və müasir dövrün tələblərinə uyğunlaşdıraraq dafa effektli şəkildə həyata keçirir. Bu səbəbdən də Azərbaycan insan hüquqları üzrə inkişaf etmiş ölkələrin 200-300 ildə keçdiyi yolu cəmi 20-30 ildə keçib.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri